Xankəndidən Bakıya gəlmək üçün əlavə avtobus reysinə ehtiyac duyulur

Xankəndidən Bakıya gəlmək üçün əlavə avtobus reysinə ehtiyac duyulur 

Məlum olduğu kimi, Nazirlər Kabinetinin 18 sentyabr 2024-cü il tarixli qərarına əsasən noyabr ayında Azərbaycanda 17 gün iş olmayacaq. Bu mənada 8 -13 noyabr tarixində Qarabağ Universitetində təhsil alan tələbələr üçün də dərslər tədris olunmayacaq.

5 gün Qarabağ Universitetində təhsil alan tələbələr üçün dərslər tədris olunmayacağından noyabr ayının 7-si axşam saatlarından Bakı şəhərinə  gəlmək istəyən bir çox tələbə Xankəndi-Bakı istiqamətində avtobus reysinə bilet əldə edə bilməyib.

Faktinfo.az xəbər verir ki, Qarabağ Universitetinin tələbə və müəllim heyətinin 7 noyabr tarixində axşam saatlarında Bakı şəhərinə gəlmələri üçün əlavə avtobus reysinə ehtiyac duyulur. Bu haqda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) ictimaiətə məlumat verməsi məqsədəuyğun hesab edilir.





Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər