"Xaricdən toxum alınması məhdudlaşdırılmalıdır"-

"Xaricdən toxum alınması məhdudlaşdırılmalıdır"- Alimlərin yekun rəyi

Saatlı rayonunda "Pambıq bitkisinin becərilməsində yeni texnologiyaların tətbiqi" mövzusunda bölgədə yerləşən DAİM sədrlərinin mütəxəssislərin, pambıq becərilməsi ilə məşğul olan fermerlərin, iş adamlarının iştirakı ilə seminar keçirilmişdir.


Seminarın keçirilməsinə rəhbərlik edən Bitki Mühafizə və Texniki Bitkiıər ETİ- nin direktoru, professor İbrahim Cəfərov başda olmaqla sözügedən institutun tədqiqatçı alimlərindən Ələddin Tağıyev, İsmayıl Nəbiyev, Xurşid Aslanova, Səbuhi Eldarov müxtəlif mövzularda, “pambıqçılıqda yeni sortların yaradılması, becərmə texnologiyaları, pambığın zərərverici və xəstəlikləri, pambıqçılıqda quraqlıq və şoranlıq stresləri, onlarla mübarizə”mövzusunda  çıxış ediblər,fermerləri maraqlandıran suallara cavab veriblər.


Faktinfo.az xəbər verir ki,seminarda yekun rəy ondan ibarət olub ki,daha məhsuldar, müasir tələbatlara cavab verən yerli pambıq sortlarının toxumçuluğu yaradılmalı, xaricdən toxum alınması məhdudlaşdırılmalıdır.

Faktinfo.az

"Xaricdən toxum alınması məhdudlaşdırılmalıdır"-"Xaricdən toxum alınması məhdudlaşdırılmalıdır"-"Xaricdən toxum alınması məhdudlaşdırılmalıdır"-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi