
Xərçəngdən qorunmaq üçün nə yeməli?
ABŞ-dan olan tədqiqatçılar 30 yaşdan yuxarı təxminən 1 milyon 800 min xəstə haqqında məlumatları təhlil ediblər.
Alimlər belə qənaətə gəliblər ki, xərçəngə yoluxma hallarının demək olar ki, 40%-nin və ölüm hallarının 44%-nin qarşısını həyat tərzini dəyişdirməklə almaq olar.
Medicina.az xəbər verir ki,diyetoloq Dmitri Semiryadov xərçəng riskini azaldan məhsullardan danışıb:
"Pəhrizdə heç bir dəyişiklik, heç bir qida və ya məhsul 100% xərçəngin qarşısını ala və müalicə edə bilməz. Bununla belə, masamızda xərçəng risklərini azaltmağa kömək edə biləcək maddələr var.
Xərçəng əsasən hüceyrə DNT-nin parçalanmasının nəticəsidir ki, bu da mutasiyaya səbəb olur.Bəzi qidalarda antioksidantlar, DNT-ni zədələnmədən qoruyan maddələr var. Bunun sayəsində şişlərin meydana gəlməsinə səbəb olan hüceyrə anomaliyalarının inkişaf riski azalır.
Onların siyahısını təqdim edirik:
brokkoli;
kök;
lobya;
giləmeyvə;
qoz-fındıq;
zeytun yağı;
zərdəçal;
sitrus;
sarımsaq;
yağlı balıq.
İçkilər arasında yaşıl çay xüsusilə xərçəngin qarşısının alınmasında faydalıdır.
Bu xəbər üçün şərh yazın