XƏSTƏXANANIN DİREKTORU VƏ BACISI OĞLUNDAN ŞİKAYƏT:"Xəstəni telefonla müayinə edib..."
Zərdab rayonu Qaravəlli kənd sakini Abbasov Bəhruz Çervon oğlu tərəfindən şikayət məktubu göndərilib.
Faktinfo.az xəbər verir ki,Zərdab rayon Mərkəzi Xəstəxanası "Publik Hüquqi Şəxs"in direktoru Ruslan Nemətov və onun bacısı oğlu həmin xəstəxanada travmotoloq işləyən Rusif İsmayılovdan olunan şikayətdə deyilir:
Yazıb bildirirəm ki,Zərdab rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Ruslan Nemətov və onun bacısı oğlu həmin xəstəxanada travmotoloq işləyən Rusif İsmayılov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz əməllərlə məşğul olurlar.Nəticədə də insanlar əziyyət çəkir.
Belə ki, həyat yoldaşım Abbasova Südabə Teyyub qızı 23 noyabr 2022-ci il tarixdə yıxılaraq ayağı sınmışdır. Buna görə biz xəstəni Zərdab rayon Mərkəzi Xəstəxanasına apardıq.Travmotoloq Rusif İsmayılov Bakıda olduğu halda telefon vasitəsi ilə xəstəni müayinə edib, müalicə yazdı.Həyat yoldaşım ev şəraitində müalicə olundu.Həyat yoldaşımı müalicə edən Rusif İsmayılovun savadsızlığına görə müalicə səhv aparıldı ki,nəticədə də biz Göyçay rayon Xəstəxanasına üz tutmalı olduq.
Göyçay rayon Xəstəxanasında travmatoloq Elman həkim xəstəni müayinə edib səhv müalicə aparıldığını bizə bildirdi və yenidən narkoz verib müalicə etməyə başladı.Bundan sonra mən şikayətimi Zərdab rayon Mərkəzi Xəstəxanasının direktoru Ruslan Nemətova etdikdə o,bacısı oğlu olduğu üçün Rusif İsmayılov barəsində heç bir tədbir görmədi.
Həmçinin bir neçə dəfə Zərdab rayon Xəstəxanasnın Təcili Tibbi Yatdım Bölməsinə zəng etsək də evə gəlmədilər. Təcili Tibbi Yardım Bölməsindən bizə bildirdilər ki,kəndə gedə bilmərik gəlin öz avtomobilinizlə tibb bacısını xəstənin üstünə aparın.Biz bir neçə dəfə xəstənin üstünə tibb bacısını öz avtomobilimizlə aparıb hər dəfə 30 manat pul ödəmişik.
Zərdab rayon Xəstəxanasında özbaşınalıq qanunszluq baş alıb gedir.Bu əməllərinin başında Ruslan Nemətov dayanır.Zərdab rayon Xəstəxanasında baş alıb gedən rüşvət hallarından əhali əziyyət çəkir. Mənim həyat yoldaşım həkim səhlənkarlığına görə 2 aydan çoxdur ki, yataq xəstəsidir, sağalmır.Bunu təsdiq edən subutlarım var ki, şikayətim üzrə aparılacaq araşdırma zamanı təqdim edəcəyəm.
Özüm traktor sürücüsüyəm min bir əziyyətlə pul qazanıb ailəmi güclə dolandırıram.Həkim səhlənkarlığına görə borca düşmüşük.Həyat yoldaşım xəstə olduğu üçün himayəmdə olan azyaşlı uşaqlarıma özüm baxıram. Aidiyyatı orqanlardan xahiş edirəm şikayətimi yerində mənim iştirakımla araşdırıb,özlərinə sərf əməllər ilə məşğul olan ,Zərdab rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Ruslan Nemətov,və onun bacısı oğlu Rusif İsmayılovun barəsində qanunu tədbirlər görəsiniz.
Münasibət öyrənmək üçün TƏBİB-ə,Zərdab rayon Mərkəzi Xəstəxanasına zəng etsək də,münasibət öyrənə bilmədik.Qarşı tərəf də mövqeyini bildirə bilər.
FAKTİNFO.AZ
Bu xəbər üçün şərh yazın