Xidmətin nümayəndə heyəti Strasburqda keçirilən beynəlxalq tədbirdə iştirak edib
Cari ilin 28-29 noyabr tarixlərində Fransa Respublikasının Strasburq şəhərində Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğunun təşkilatçılığı ilə “Cəzadan reabilitasiya edici yanaşmaya:cinayət sanksiyalarının yerinə yetirilməsinə yenidən diqqətin yönəldilməsi” mövzusunda çoxtərəfli tədbir keçirilmişdir.
Faktinfo.az xəbər verir ki,tədbirdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Orxan Qasımov və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsini icra edən ədliyyə kapitanı Namik Həsənov iştirak ediblər.
Penitensiar və probasiya sahələri üzrə mütəxəssislərin və Avropa Şurasına üzv ölkələrin nümayəndələrinin bir araya gələrək Avropa məkanında təcrübə mübadiləsi apardıqları görüşdə bəzi Avropa ölkələrindəki reabilitasiyaya əsaslanan islahatlar, reabilitasiya edici yanaşmada Avropa Şurasının üzv ölkələrə dəstəyi, İşgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan davranış və ya cəzanın qarşısının alınması üçün Avropa Komitəsinin (CPT) məruzəsi, cəzadan reabilitasiya edici yanaşmaya keçiddə uğurlar, çağırışlar, ehtiyaclar və perspektivlər ətrafında mühazirələr dinlənilmiş və fikir mübadiləsi aparılmışdır.
Bu xəbər üçün şərh yazın