YAP hər zaman xalqımızla birgə addımlayıb — FOTOLAR
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, ölkəmiz torpaqlarımızın işğaldan azad edilməsindən sonra yeni inkişaf dövrünə qədəm qoyub: “Hazırda Azərbaycanın hər yerində, xüsusilə Qarabağda yenidənqurma, infrastruktur layihələri uğurla icra olunur. Milli maraqlarımıza, dövlətimizin və xalqımızın inkişafına istiqamətlənmiş siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü və ardıcıl şəkildə həyata keçirilir”.
Çıxış edən deputatlığa namizəd Kamaləddin Qafarov bildirib ki, bu gün Azərbaycanda görülən işlər, bütün sahələrdə əldə olunan uğurlar gələcək inkişafımızın zəmanətidir. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən islahatlar dövlətimizin və xalqımızın təkcə bu gününü deyil, gələcək inkişaf perspektivini hədəfləyir.
Görüşdə Vətən müharibəsi şəhidi Rövşən Hüseynovun qardaşı Rafael Hüseynov, ilk dəfə səs verəcək gənclər Amal Quliyev, Fidan Əzimzadə və digərləri çıxış ediblər. Qeyd olunub ki, əldə olunan tarixi nailiyyətlərə görə parlament seçkilərində bir daha YAP-a etimad göstəriləcək./Yap.gov.az
SEÇİLMİŞ XƏBƏRLƏR
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın