"YAP-ın VII qurultayında təqdim olunmuş ölkənin inkişaf konsepsiyası uğurla həyata keçirilir"

"YAP-ın VII qurultayında təqdim olunmuş ölkənin inkişaf konsepsiyası uğurla həyata keçirilir" -DEPUTAT

"Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin 5 mart 2021-ci il tarixində YAP-ın VII qurultayında etdiyi çıxışında ölkəmizin gələcəyi ilə bağlı təqdim olunmuş konsepsiyalar bu gün son dərəcə uğurla həyata keçirilməkdədir.

Artıq uzun müddətdir ki, Azərbaycan dövlətinin uğurlu enerji və nəqliyyat siyasəti, icra olunan layihələr bir tərəfdən yüksək səmərəliliyə malik enerji və nəqliyyat dəhlizlərinin, digər tərəfdən isə bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarının yaranmasına şərait yaratdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticəsi olaraq Cənubi Qafqazda yaranmış yeni reallıqlar bütün region ölkələri və qonşu dövlətlər üçün daha geniş inkişaf perspektivləri açmış oldu. Möhtərəm dövlət başçımızın VII qurultaydakı tarixi çıxışında da qeyd olunmuşdur ki, bütün bunlar nəzərə alınaraq, ölkənin gələcəyi elə planlaşdırılmalıdır ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun. Əlbəttə ki, bu konseptual tezislərin icrasını 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror tədbirinin möhtəşəm nəticələri fonunda qiymətləndirsək, bu zaman Azərbaycanın qarşısında duran ən mühüm vəzifələrin artıq uğurla həyata keçirildiyini əminliklə deyə bilərik. Bu gün öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın müstəqilliyi öz ifadəsini ölkəmizin iqtisadi gücündə, hərbi qüdrətində və əlbəttə ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə dövlətin yürütdüyü müstəqil siyasətdə tapır.”

Bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı bildirib.

Deputat Yeni Azərbaycan Partiyasının tarixindən bəhs edərək bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində bu partiyanın yaradılması tarixi zərurət idi:"Bu gün Cənubi Qafqazın ən güclü siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının sıralarının durmadan genişlənməsi ilk növbədə YAP-ın hər zaman xidmət etdiyi ümummilli maraqların reallaşması yolunda böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət kimi ortaya çıxmışdı. Həmin dövrdə Azərbaycanın üzləşdiyi hərbi məğlubiyyət eyni zamanda, daxili böhranla tamamlanırdı. Ölkə daxilində gedən dağıdıcı proseslər Azərbaycanın müstəqil ölkə kimi varlığını ciddi təhdid altına qoymuşdu. Belə bir təhlükəli şəraitdə ölkəni və xalqı bu çətin vəziyyətdən çıxarmaq bacarığı olan güclü bir liderin ölkə rəhbərliyə gətirilməsi əsas şərt idi. Məhz bu gərgin zamanda öz xalqını, dövlətini düşünən 91 nəfər qabaqcıl Azərbaycan ziyalısı Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət ünvanladı. Bu müraciət bütövlükdə Azərbaycan xalqının çağırış ifadəsi idi. Həmin müraciətdə Heydər Əliyevin yeni yaradılacaq partiyaya - Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi xahiş edilirdi. Ulu Öndər müdrik uzaqgörənliklə bu çağırışı qəbul etdi. 1992-ci ildə Naxçıvanda keçirilən YAP-ın təsis konfransında Ümummilli Lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın Sədri seçildi. 1993-cü ilin oktyabr ayında isə, Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Ölkə Prezidenti seçildi və bundan sonra Azərbaycanın böhrandan çıxma prosesi başladı. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partyamızın VII qurultayında söylədiyi tarixi nitqində dediyi kimi, milli düşüncə göstərərək Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Bu gün də Yeni Azərbaycan Partiyası xalqımızın ən tərəqqipərvər nümayəndələrini öz sıralarında birləşdirməklə, cəmiyyətin və ölkənin inkişafında aparıcı qüvvə kimi çıxış edir", - deyə Aqiyə Naxçıvanlı vurğulayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər