YAP SEÇKİ HAZIRLIĞINA BAŞLADI –

YAP SEÇKİ HAZIRLIĞINA BAŞLADI – Hansı deputatlar hakim partiyanın siyahısında olmayacaq?

Bu il ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin ilkin siyahısının müəyyənləşdirilməsinə başlanılıb.

Faktinfo.az xəbər verir ki,bu barədə Gününsəsi.info saytı hökumətdəki mənbələrə istinadla məlumat yayıb.Qeyd olunur ki,125 seçki dairəsi üzrə hakim partiyanın namizədlərinin ilkin siyahısı bu yaxınlarda elan ediləcək."Milli Məclisin YAP-dan olan hazırkı deputatlarının bir çoxu siyahıda olmayacaq", - xəbərdə iddia olunur.

O da bildirilir ki, YAP-ın irəli sürəcəyi namizədlərin seçimində bu dəfə elə namizədlərə üstünlük veriləcək ki,onlar ədalətli seçkidə qazanmaq iqtidarında olsunlar. "Ali siyasi rəhbərliyin mövqeyi budur ki, YAP-ın namizədləri seçkini özləri qazanmalıdır", - mənbə vurğulayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi