Yaponiya 1,93 milyard dollarlıq COVID-19 peyvəndini məhv edəcək
Yaponiya hakimiyyəti ümumi dəyəri təxminən 300 milyard yen (1,93 milyard dollar) olan böyük həcmdə COVID-19 dərmanlarını məhv etmək niyyətindədir.
Bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.
Məlumata görə, söhbət “Shionogi” şirkəti tərəfindən istehsal olunan “Xocova”, “Merck” şirkəti tərəfindən istehsal olunan “Lagevrio”, həmçinin “Pfizer” şirkəti tərəfindən istehsal olunan “Paxlovid” dərmanlarından gedir.
Ümumilikdə, Yaponiya hakimiyyəti onları 5,6 milyon vətəndaş üçün alıb. 2024-cü ilə qədər əksər dərmanların istifadə müddəti başa çatıb. Təxminən 4,3 milyon dərman (ümumi həblərin 77%-i) istifadə olunmamış qalıb.
Qeyd edək ki, bundan əvvəl Yaponiya hakimiyyəti təxminən 660 milyard yen (4,2 milyard dollar) dəyərində 240 milyon doza koronavirus peyvəndini məhv etmək qərarına gəlmişdi.
2023-cü ilin may ayından isə Yaponiya COVID-19-u təhlükəli xəstəliklər kateqoriyasından çıxararaq, mövsümi xəstəliklər kateqoriyasına daxil etmişdi.
Bu xəbər üçün şərh yazın