" Yaşıllaşdırma və digər işlərlə bağlı sizə təfsilatı ilə müəlumat verə biləcək mütəxəssiz yoxdur"

" Yaşıllaşdırma və digər işlərlə bağlı sizə təfsilatı ilə müəlumat verə biləcək mütəxəssiz yoxdur" -Eldar Əzizova müraciət edildi

Uzun illər Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyində müxtəlif vəzifələrdə işləmiş,aqranom Əsgərov Xanəhməd Əli oğlu Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov cənabına müraciət ünvanlayıb.

Faktinfo.az saytına göndərilən məktubun məzmunundan aydın olur ki,Xanəhməd Əsgərov BŞİH-nin rəhbərinə bir müddət əvvəl ünvanladığı məktubda bir neçə vəzifəli şəxsin  Eldar Əzizovu aldatmağa cəhd etmələri ilə bərabər,onların keyfiyyətsiz iş görmələrini,yaşıllaşdırma təsərrüfatından məlumatsız olmalarını da qeyd edib.Hətta o,məktubunda BŞİH-nin başçısından onu qəbul etməsini,yaşıllaşdırma işlərində  bacardığı köməkliyi edə biləcəyini də vurğulayıb.

Faktinfo.az həmin  müraciəti təqdim edir:

Hörmətli Eldar müəllim!

 "Yaşıl dünya naminə" şəhərimizdə əkilən ağaclar, o cümlədən abad həyat adı altında Abid və Ramazan cütlüyünün Xətai, Nizami, Yasamal rayonlarında mənzil komunal təsərrüfatı idarələrinin və yaşıllaşdırmanın fəhlələrinin hesabına gördükləri işlər barədə sizə  məlumat vermək istəyirəm.

Belə ki,bu şəxslər iş görmürlər, Bakını "himdən" çıxmış yarasız,zibilli torpaqlarla doldururlar.Həmçinin heç bir iş aqrotexniki qaydada aparılmır,maddi maraqlarına görə "Eldar Şamı" nı bir metrdən bir əkillər.Belə ağac əkmək hansı elmi kitabda əsaslandırılıb,onlardan soruşun,sual verin. Bunlar barədə mən Ramazana zəng edib iradımı bildirdim,o isə əvəzində məni hədələdi və dedi ki, "bizim işimizə qarışma,icra hakimiyyəti bilər biz bilərik.Elə etmə ki, üstünə adam göndərək".

 Hörmətli Eldar Müəllim! 

Qeyd edim ki,Bakıda görülən işlər sizin adınızla bağlanır. Belə görünür ki,etimad göstərdiyiniz şəxslər- Abid Əliyevin, Hacı Ramazanın,əvvəllər hərbi komissar işləmiş, hazırda isə Yaşıllaşdırma Təsərrüfatı Birliyinin 71 yaşlı direktoru Mirdamət Seyidovun,ixtisasca idman müəllimi olan,amma YTB-nin baş aqranomu işləyən Oktay Tağıyevin,bitgi mühafizəsi şöbəsinin müdri keçmişi MİS rəisi olmuş Şaiq Vəliyevin yaşıllaşdırma işindən anlayışı yoxdur. 

Ona görə də Bakıda qruyan ağaclar suvarılmadığına,düzgün aqrotexniki işlər aparılmadığına görə quruyur.24 May 2019-cu ildən, 29 dekabır 2020-ci ilədək su quyuları idarəsinə quyuların vurulması üçün 3 milyon 302 min manat vəsait ayrılmışdır,ancaq normal bir quyu vurulmamışdır.

Hörmətli Eldar müəllim. 

Bəlkə bunlardan bu vəsait barədə soruşasınız.Bu şəxslər bəlkə də düşünürlər ki, Eldar Əzizovu necə aldadaq, daha çox vəsait əldə edək.Məndə bu qənaət formalaşır ki yaşıllaşdırma və digər işlərlə bağlı BŞİH-də sizə təfsilatı ilə məlumat verə biləcək mütəxəssis yoxdur.Nəzərə alsaq ki, bu ilin noyabrında  "COP-29" –la bağlı Azərbaycana 129 ölkədən, 80 minə yaxın nümayəndə gələcək,tədbirli davranmaq məqsədəuyğun olardı. Çünki gələn qonaqların arasında yaşıllaşdırma işindən,ağac və bitki kollarından,ağacların daranma qaydasından bilən kifayət qədər mütəxəssis olacaq.

Hazırkı şəraitdə Bakı şəhərində YTB-nin gördüyü işlərin qənaət bəxş olmadığını və "COP-29"-a  müəyyən müddətin qaldığını nəzərə alaraq sizə və dövlətimizə bacardığım qədər kömək etməyə hazıram.

Qeyd: Faktinfo.az saytının elektron poçtuna göndərilmiş müraciət 19.05.2024-cü il tarixindən qarşı tərəfin mövqeyini öyrənmək üçün BŞİH-yə göndərilsə də,münasibət bildirilməmişdir.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi