"Yaxşı kişiyəm ki, 45 ildir arvada dözürəm" — Əli Mirəliyev DAVA SALDI
Müğənni ƏIi Mirəliyev həyat yoldaşının bişirdiyi şəkərburanı bəyənmədiyi üçün bayram günü evində dava salıb.
Faktinfo.az xəbər verir ki, bu barədə "Yenicag.az" müğənni özü açıqlama verib.
Ə.Mirəliyev həyat yoldaşının kefinə soğan doğradığını deyib:
“Arvadın bişirdiyi şəkərburalar həmişə daş kimi olur, deyirəm “bunu yumşaq bişir, mən də yeyə bilim”. Elə özüm deyib, özüm də eşidirəm. Bu il hələ guya yaxşı idi, amma yeyə bilmədim, dava saldım. Arvad öyrəncəli olduğundan bir kəlmə də üzümə qabarmadı. Düz sözə nə desin axı, sonra da deyirlər Əli evdə dava salır, arvadını pisləyir, incidir. Hələ mən yaxşı kişiyəm ki, 45 ildi arvada dözürəm".
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın