Yazıçı: "Gənc qızlar ya ərə getmə adı altında kimləsə "gəzir", ya da varlanmaq üçün..."

Yazıçı: "Gənc qızlar ya ərə getmə adı altında kimləsə "gəzir", ya da varlanmaq üçün..." 

"Son vaxtlar cəmiyyətdə mövqeyini, fikirlərini oratya qoyan şəxslərin sayı artıb.

Onlar arasında tanınmış şəxslər də var, tanınmayanlar da. Bu fikirlər əksər vaxtlarda ictimaiyyət tərəfindən qıcıqla qarşılanır, çünki sərbəst fikrirlərə nə bizim dövlət qurumları, nə də xalqımız hazır deyil. Sərbəst fikir bəzən yalnış ola bilər, amma yalnış olan fikiri təkzib etmə hüququ da var və insanlar bundan istifadə etməyi bacarmalıdır. Azərbaycanda bir mövqe ortaya qoyulan kimi, fikir səsləndirilən kimi həmin tənqidi dilə gətirən adam düşmən olur. Problemin özü isə yaddan çıxır".

 

Bunu Pravda.az-a deputat Siyavuş Novruzovun Milli Məclisdə səsləndirdiyi kənddən gələn qızların insan alverinin qurbanı olması fikrinə münasibət bildirən yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

 

A.Əbilov bildirb ki, Siyavuş Novruzovun fikrlərində ziddiyyətli məqamlar olsa da, həqiqət payı da az deyil: "Son vaxtlar insan alveri nə şəhərə, nə kəndə, nə kasıba, nə də varlıya baxır. Ümumiyyətlə, alverin özü ilə yanaşı biz həm də insanların mənəvi, əxlaqi cəhətdən pozulmağının şahidi oluruq. Əvvəllər dünyanın böyük şəhərlərində baş verən hadisələr kəndlərimizə, ailələrimizə də sirayət edib. Biz görürük ki, ailələlərimizin özlərində belə problemlər yaranır. Həmin problemlər isə danışılmır, müzakirə edilmir, ona görə də müəyyən mənada bu tipli kəskin sosial və əxlaqi məsələlər insanların üz-üzə gəlməsinə təsir edir. Rayon, kənd yerlərindən olan yalnız qızların deyil, hətta oğlanların, ailəli şəxslərin belə bu cür yollara düşməsinin şahidi oluruq. Bəzən teleserialların, internetin, sosial şəbəkələrin təsiri altında olan şəxslərin azad, liberal həyat tərzi adı altında pozğunluq, əxlaqsızlıq və insan bədəninin satılması kimi davranışları ilə rastlaşırıq. Siyavuş müəllim öz növbəsində bunu dəqiq ifadə edib. Biz indi xüsusən gənc qızlar və tələbələr arasında bu faktların olduqca artdığının şahidi oluruq. Valideyin nəzarəti olmadıqda yeniyetmə, gənc qızlar ya ərə getmə adı altında kimləsə "gəzir", ya da tez varlanmaq üçün Türkiyəyə, Dubaya qadın alveri ilə məşğul olan şəbəkələrin toruna düşürlər. Beləliklə də cəmiyyətdə meşşanlıq, əxlaqsızlıq baş alıb gedir. Bununla bağlı tanınmış ziyalılar, ictimaiyyət KİV vasitəsilə kəskin mövqe ortaya qoymağı bacarmalı və mübarizə aparmalıdırlar. Belə problemlər barəsində fikir səsləndirən insanları tənqid etmək əvəzinə, o problemin həllinə kömək edə biləcək addmlar, ictimai qınaq, ictimai alətlər düşünüb yaradılmalıdır".

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi