Yeni dönəm: Dəməşqlə Ankara görüşə başlayır
Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan və Suriya Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Məmlük Bağdadda görüşəcək.
Bu məlumatı “Türkiyə” qəzeti yayıb.
Qəzetə danışan Türkiyə Baş Qərargahının Kəşfiyyat İdarəsinin keçmiş rəisi İsmayıl Hakkı Pekin bunun yeni hüquqi prosesin başlanğıcı ola biləcəyini deyib:
“Rusiya və İran kimi vasitəçi ölkələr vasitəsiylə aparılan prosesin heç bir mənası yoxdur. Hakan Fidanın iştirakı diplomatiya və siyasətdə kanalları aktivləşdirir və yeni dövrə başlanğıc verir”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın