YERİN BEHİŞT OLSUN, QƏBRİN NURLA DOLSUN AZMAN – TÜRK OZANI DƏDƏ ƏDALƏT!!!

YERİN BEHİŞT OLSUN, QƏBRİN NURLA DOLSUN AZMAN – TÜRK OZANI DƏDƏ ƏDALƏT!!! 

Haqq aşığı, Dədə Ədalət Məhəmmədəli oğlu saz havalarının bənzərsiz və yaradıcı ifaçısı 14 sentyabr 2017-ci il tarixində Bakı şəhərində iyirmi ilə qədər kirayədə qaldığı mənzildə, uzun sürən amansız xərçəng xəstəliydən sonra gözdən uzaq, könüldən iraq haqq dünyasına qovuşdu...

Ədaləti xalqımız 4-5 yaşında ilahi yanğı ilə yana – yana saz çaldığı vaxtlardan sevib. Sonrakı nəsillər də onu 4-5 yaşlarından sevib və sevəcək. Kim türkdürsə o Ədaləti sevməlidir, çünki Ədalətin çaldığı saz havaları türkün ruhudur! Kim insandırsa o da Ədaləti sevməlidir, çünki Ədalət insanlıq korifeyi idi. Bu əksər adamlar üçün belə idi. Amma Aşıq Ədalət o qədər də bəsit adam deyildi ki, onu hamı anlayaydı hamı sevəydi... Ədalətin cail, çərənçi, eqoist, tamahkar, namərd adamları görən gözü yox idi. Belələri ilə o qəti kəlmə kəsmək istəməzdi. Amma elmli, ədəbli, mərd adamlara canını da qurban verərdi. Ədalətlə qonşu olandan sonra onun necə dərin təfəkkür, parlaq zəka sahibi olduğunun şahidi oldum. Ədalət harda yaxşı kitab olduğunu eşitsəydi, onu ələ gətirib təşnə - təşnə oxuyardı. Ədalət Allah adamı idi, “Məhəmməd peyğəmbər istəklimdi, imam Əlinin nökəriyəm, atam da ustadım da. Məhəmmədəlidir deyərdi, Aşıq Sadığı, Aşıq Əmrahı ustadları kimi çox yüksək tutardı, Aşıq Ədalət bütün şagirdlərini sevərdi, Aşıq Xanlarlasa fəxr eləyərdi, onun vaxtsız itkisini ən ağır itkisi bilərdi. İndi də ən ağır itkimiz olan Dədə Ədaləti itiridk. Təəssüf ki, Ədalətin qədrini bilmədik, onu qorumağı bacarmadıq. Əslində Ədalət vətənin ən ali, dünyanın da ən yüksək mükafatına layiq idi. Bu mükafatlar kamil insan olan Ədalətə lazım deyildi. Kamilləşmək istəyən imkan sahiblərinə lazım idi. Onlar bu mükafatları Ədalətə verməyi bacarmadılar. “İncil”də, Müdriklər dar qapıdan keçir, qoyun sürüsü genişliyə can atır” – deyilir. Ədalət müdrik insan idi. “Quran”da “Kamil insanlar kamil olur, qalan insanlarsa nanikor, naxələf, naqis məxluqlardır” – deyilir. Ədalət kamil insan idi!!!!!!!

Kamil insan olan Ədalət əmim gözəl bilirdi ki, məni heç kimin və heç nəyin fanatı ola bilmərəm, bunu yalnız sərsəm adamlar belə hesab edə bilər; Bəli, məni kimsə təsiri altına sala bilməz, mənim hər yetən insana da könlüm qızınmaz, Dədə Ədalət axı məni kamil olmayan insan heyrətə gətirməyi də bacarmaz...

Ağır insult xəstəsi olduğumdan min kilometrdən çox yolu gedib. Ədaləti son mənzilə yola sala bilmirəm. Odur ki, istəkli dostum Muraddan xahiş etdim ki, mənim əvəzimdən Dədə Ədalətin qəbrinin üstünə bir ovuc torpaq töksün. Özüm də göz yaşlarım içində Dədə Ədalətin ağır itkisinə “Kimsə ağlayanmaz qara saz kimi”

və “Elə ağla ki” şeirlərini yazdım. İnşallah Dədə Ədalətin qırxına qədər onun adına layiq “Sazın, sözün fatehi” kitabımı istəkli oxucularıma çatdırıram.


KİMSƏ AĞLAYANMAZ QARA SAZ KİMİ

Leyli Məcnununu, Ana Körpəsini, Qara saz da Ədalətini itirdi.

Müəllif


Ədalətim köç eləyir dünyadan,

Ona bütün Azərbaycan deyir can,

Qazax camaatı qoparır fəğan,

Gözümdən yaş axır Kür – Araz kimi,

Kimsə ağlayanmaz qara saz kimi.

Köçür bu dünyadan ərzi titrədən,

Allah belə yaratmışdı fitrədən,

Susub qan - yaş tökür anamız Vətən,

Qalıb boynu bükük, nataraz kimi,

Kimsə ağlayanmaz qara saz kimi.

Tarixə ibrətdir Dədənin yası,

Aşığa urvatıdır eli, obası,

Ağköynək bürünüb matəm libası,

Bu cümə günündə, yayda yaz kimi,

Kimsə ağlayanmaz qara saz kimi.

Nizami, Ədalət seyxdir qərəzi,

Ziyarətgah olar şeyx məqbərəsi,

Fəzail, pozulmaz mizan – tərəzi!

Din – iman xoş gələr kam – muraz kimi,

Kimsə ağlayanmaz qara saz kimi.


ELƏ AĞLA Kİ... 


Öz elimə qurban olum!

 Dədə Ədalət


Müqəddəs məhəbbətim, nifrətim,

Alçaqların qılığına girmədim.

Müəllif  


Dünya başıma uçdu,

Qollarım köksümü qucdu.

Aşıq Ədalət dünyasını dəyişdi...

Bəd xəbər varmıdır bu qədər acı???

Başınız sağ olsun,

Dədə Ədalətin yadigarları

Hekayət qardaş,

Kamalə, Şəlalə, Vüsalə bacı.

Başınız sağ olsun,

Dostum Murad, Aslan , Rasim...

İstəkli dostumuz Ədalət

Gəldi – keçdi,

Axır ki, köçdü...

Bu pis dünyadan,

Xəbis dünyadan...

Doğrudan da Ədalət kimi dostu itirmək

Çox ağır dərddir,

Axı Ədalət, namərd deyil, mərddir!!!

Başın sağ olsun,

Uşaq vaxtdan Ədalətin sevdiyi Dilcan dərəsi,

Başın sağ olsun oğuz türkü.

Başın sağ olsun sənin də bütün yer kürəsi,

Başın sağ olsun

İnsanlığını itirməyən

İnsan övladı insan

Yer üzündə var hər nə ki?!!!

Səni anlaya bilməz nadürüst, nadan

Sümük gəmrib, ənsə qartan Köçdü haqdan coşub – qaynayan,

Fələklərlə oynayan.

Ağlını başına yığmayan,

Asimana, kahkaşana sığmayan

Haqq aşığı, Dədə Ədalətdi insanlıq korefeyi

Necə olub Cəlaləddin Rumi,

Vilyam Şekspir,

Robentrot Taqor,

Çarliz Çaplin,

Ernest Hemenqueyi

Başın sağ olsun Qazax camaatı,

Dünyaya ən qüdrətli

Dahilərini yetirən Qazax torpağı

ən elmli,

ən helimli

Oğlun Ədaləti öz vəsiyyətiylə,

Ağköynək kəndinin əzəmətli dağ döşündə,

Allahın bu ən əziz cümə günündə

Öz qoynuna çəkirsən,

Gözlərindən leysan yaşları tökürsən.

Ağla, Qazax camaatı.

Qoy qalan camaat da

Ürəyində ağlasın,

Ürəyində sinəsini dağlasın.

Sənsə hönkürüb ağla,

Hönkürüb sinəni dağla...

Al Günəşdən gerçəyə.

Ədalətin ata – ana yardu,

Göyçəyə, Dərəçiçəyə...

Ağla Qazax camaatı

Ağla bütün Azərbaycan,

Səni anlayınca, səni duyunca...

Ağla Dəli Kürün,

Ağla Xan Arazın boyunca

Elə ağla ki, buna Allah da

fəryad qoparsın,

Elə ağla ki,

Dinsizləri, qansızları sel aparsın.

Qaldı Dədə Ədaləti saymayan

Bəzi ixtiyar sahiblərinə,

Vətənin iki ayaqlı

Alçaq, yaltaq,

yırtıcı tiplərinə

Onlar da gedib otlarını otlasınlar,

Yəni Azərbaycanın,

Yeni Azərbaycanın.

Qalan yerlərini dartıb, dağıdıb, fotlasınlar.

Müəllif: Fəzail İsmayıl Böyükkişi

15/IX-2017



YERİN BEHİŞT OLSUN, QƏBRİN NURLA DOLSUN AZMAN – TÜRK OZANI DƏDƏ ƏDALƏT!!!
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi