
Yermakın evində axtarışlar buna görə aparılır - Miller
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın Kiyevdəki evində axtarışlar “Midas” antikorrupsiya əməliyyatı ilə bağlıdır.
Bunu “Faynənşl Tayms” nəşrinin Kiyevdəki müxbiri Kristofer Miller özünün X səhifəsində yazıb.
“Mənbələrim məlumat verir ki, Prezident Ofisinin rəhbəri Andrey Yermakın Kiyevdəki mənzilində aparılan axtarışlar Ukraynanın enerji sektorundakı iddia edilən korrupsiya ilə bağlı genişmiqyaslı araşdırma olan “Midas” istintaqı ilə əlaqəlidir”, - jurnalist bildirib./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın