Yod çatışmazlığından körpə lal, kar, kor da doğula bilər-Sos!!!
Hamilə qadınların bir neçə ay tərkibi normaya uyğun olmayan duzdan istifadəsi dölün ölü halda dünyaya gətirilməsinə belə səbəb ola bilər.
Faktinfo.az bildirir ki,tərkibində natrium xlorid, kalsium xlorid, maqneezium, kalsium sulfat, o cümlədən yodun miqdarı normadan aşağı olan duzdan istifadə insan orqanizmi üçün qorxulu fəsadlara yol açır. İlk əvvəl insan orqanizminin xarici təsirlərə qarşı immuniteti zəifləyir, sonrakı mərhələdə infeksiyalara, yoluxucu xəstəliklərə, dəri xəstəliklərinə qarşı qoruyucu sədd məhv olur.Duzun tərkibində yodun çatışmazlığı qalxanvari vəzin böyüməsinə, zob xəstəliklərinə səbəb olur, xərçəng xəstəliyinə tutulma riski artır.
Uşaq və yeniyetmələrdə cırtdan boyluluq, fiziki inkişafdan geri qalma, əqli zəiflik kimi hallar duzun tərkibində yod çatışmadıqda, normalara uyğun olmadıqda bu qabarıq şəkildə özünü göstərir.Hamilə qadınların bir neçə ay tərkibi normaya uyğun olmayan duzdan istifadəsi dölün ölü halda dünyaya gətirilməsinə belə səbəb ola bilər. Hətta dünyaya gətirilən körpənin lal, kar, kor da doğulması mümkündür. Körpə uşaqların uzun müddət tərkibi normalara uyğun olmayan, tərkibində yodun qismən olduğu duzlardan istifadəsi göz zəifliyi, sonradan isə daxili və xarici çəpliyə səbəb olur. Elə bu səbəbdən duz alarkən diqqətli olun, sabahınıza biganə qalmayın, körpələrinizi riskə atmayın.
Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Faktinfo.az-a açıqlamasında bildirdi ki,2001-ci ildə qəbul edilən "Yodun kütləvi profilaktikası haqqında" qanunun 8.3 maddəsinə əsasən,tərkibində yod çatışmayan,normalara uyğun olmayan duzun istehsalı,satışı və istifadəsi qadağandır.Bu qəbildən olan duzların hətta heyvandarlıqda yem istehsalında işlədilməsi belə təhlükəlidir.Vaxtilə əhalinin 75%-i yod çatışmazlığından əziyyət çəkirdi. Azərbaycan yod defisitli zonada yerləşir.Bu barədə Xarici alimlər ,Ümumdünya Səhiyyə Təşkilatı vəziyyətlə bağlı dəfələrlə həyəcan təbili çalıblar. Ekspert onu da qeyd etdi ki,bir müddət əvvəl 40 yaxın duz istehsalçısı vardı.Həmin sexlərdə duz nəinki yodlaşdırılmır,hətta müxtəlif zərərli maddələrdən,o cumlədən ağır metallardan təmizlənmirdi.O zaman Azad İstehlakçılar Birliyi radikal mövqe tutaraq hökumət qarşısında məsələ qaldırdı.
Nəticədə əhalinin sağlamlığına zərbə vuran 38 "müəssisə"bağlandı.2011-ci ildə isə bu sahədə əsaslı dönüşə nail olmaq məqsədilə hökumət on milyon manat vəsait ayırdı, Azərbaycanda Duz zavodu açıldı.Bununla hesab etdik ki,məsələ həllini tapacaq,amma görünən odur ki,bu sahədə hələ də kifayət qədər problem var.Yenə də dəri aşılamaq,yola səpmək üçün nəzərdə tutulan duzlar qablaşdırılaraq bazara çıxarılır.
Bu cür duzlar daha çox Ukraynanın "Aрtуеm соль"mal nişanı olan qutulara qablaşdırılaraq istehlakçılara satılır ki,bu da çox təhlükəlidir.E. Hüseynov bununla bağlı Daxili İşlər Nazirliyinə,Abşeron rayon Polis İdarəsinə,İqtisadi İnkişaf Nazirliyinə,Standartlaşdırma,Metreologiya və Patent Agentliyinə dəfələrlə müraciət etdiyini,lakin problemin öz həllini hələ də tapmadığını vurğulayıb.
Fuad İsgəndərov
Faktinfo.az
Bu xəbər üçün şərh yazın