Yol çəkilişindəki kobud pozuntular fəsadını verir –Şamaxı yolunda...

Yol çəkilişindəki kobud pozuntular fəsadını verir –Şamaxı yolunda... 

Azərbaycanda, xüsusilə Şamaxı rayonunda bir sıra avtomobil yollarında sürüşmə prosesləri aktivləşib.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Starə Tarixazər deyib.

Onun sözlərinə görə, institutun “Landşaftşünaslıq və landşaft planlaşdırılması” və “Geomorfologiya və təbii risklər” şöbələrinin əməkdaşları Şamaxı rayonunda monitorinq aparıblar. Monitorinq zamanı məlum olub ki, Bakı-Qobustan-Şamaxı yolunun 106-107-ci və 109-cu kilometrliyində bir neçə sürüşmə-çökmə baş verib, asfalt üzərində çatlar yaranıb:

“Şamaxıda Pirqulu-Dəmirçi istiqamətindəki yolda da həmin proseslər müşahidə edilir. Yolun bir neçə hissəsi dağılıb. Şamaxının Safari Parkının qarşısındakı yolda uzunluğu bir neçə metr, dərinliyi 70 sm olan yeni çatlar yaranıb”.

S.Tarixazər əlavə edib ki, bütün bu çatların yaranmasının və sürüşmə-çökmə proseslərinin baş verməsinin əsas səbəbləri yolun tikintisi zamanı yamacların kəsilməsi, onlarda bərkitmə işlərinin aparılmaması və drenaj sistemlərinin yaradılmamasıdır:

“Ən acınacaqlı vəziyyət isə Şamaxı şəhərinin 48-A kvartalında müşahidə olunur. Burada sürüşmə nəticəsində 1 yaşayış evi tamamilə sıradan çıxıb. Divarlardakı çatlar getdikcə genişlənir. Sakinlərin sözlərinə görə, onlar buraya 2007-ci ildə köçüblər, sürüşmə isə son 2 ildə müşahidə edilir. Hazırda sürüşmə prosesi çox fəaldır. Bir neçə ev təhlükəli zonada yerləşir. Bizim fikirimizcə, burada geoloji-geomorfoloji tədqiqatlar aparılmalı, sürüşmənin səbəbi öyrənilməli və müxtəlif qabaqlayıcı tədbirlər görülməlidir”.

Xatırladaq ki, ötən il istifadəyə verilən Şamaxı Safari Parkında 790 heyvan, o cümlədən 260 baş nəcib maral, 250 baş muflon və maral cinsinə daxil olan 280 baş lan var.

Yol çəkilişindəki kobud pozuntular fəsadını verir –Şamaxı yolunda...
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər