YPG və PKK-nın Suriya qolu da Öcalanın çağırışını dəstəkləyib

YPG və PKK-nın Suriya qolu da Öcalanın çağırışını dəstəkləyib 

"YPG” terror təşkilatı “PKK” terror təşkilatının Türkiyədə həbsdə olan "rəhbəri" Abdullah Öcalanın tərəfdarlarını silahı yerə qoymaqla bağlı çağırışını dəstəkləyib.

Report.az  “Cümhuriyyət”ə istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat məsələləri üzrə məsul şəxsi Siyamend Eli açıqlama verib.

O bildirib ki,bu çağırış Türkiyə xalqı başda olmaqla regiondakı bütün xalqların sülh şəraitində yaşamalarına şərait yaradacaq: "Bu mesaj bizim üçün çox əhəmiyyətlidir. Bu, "savaş"ın dayandırılmasına hesablanmış ismarışdır".

PKK terror təşkilatının Suriya qolu olan SDQ-nın  "rəhbəri"  Ferhat Abdi Şahin isə bildirib ki,onların mövqeyi konstruktiv xarakterlidir: "Bu, sülh məsələsidir".

Qeyd edək ki, Öcalan daha əvvəl tərəfdarlarını silahı yerə qoyaraq təslim olmağa çağırıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi