Zaur Mikayılovun diqqətinə: Suvarma suyu ilə bağlı mövcud vəziyyəti təhlil etsin,Ağstafadakı nasos stansiyası barədə Vüqar Əhmədovu məlumatlandırsın!

Zaur Mikayılovun diqqətinə: Suvarma suyu ilə bağlı mövcud vəziyyəti təhlil etsin,Ağstafadakı nasos stansiyası barədə Vüqar Əhmədovu məlumatlandırsın! 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "Meliorasiya və Su Təsərrüfatı" ASC növbəti suvarma mövsümündə bir sıra məqamları nəzərə almalıdır.


Rayonlarda suvarma suyunun itkisiz idarə olunmasına və bölgüsünə xüsusi diqqət yetirilməli, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər,suvarma suyuna aidiyyatı olmayan digər vəzifəli şəxslər müdaxilələrdən kənarda tutulmalıdır.Rayon Suvarma Sistemləri İdarələrinin (SSİ) rəislərinə bu xüsusda ciddi tapşırıqlar verilib,xəbərdarlıq olunmalıdır.Rayonlarda SSİ rəislərinin Rayon İcra Hakimiyyətlərindən,kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrdən aslılığı aradan qaldırılmalıdır.Bu istiqamətdə ciddi nizam-intizam yaradılmalıdır.Bunu heç olmasa növbəti buğda-arpa və digər kənd təsərrüfatı məhsullarının əkin təqvimindən başlayaraq tətbiq etmək gərəkdir. 


Çünkü aparılan müşahidələr,saytlara göndərilən şikayətlərin təhlili müəyyən qənaətin çıxarılmasını şərtləndirir.Əks təqdirdə,kəndlərdə rəhbər şəxslər əvvəlki kimi 10 günlərlə torpaq sahələrinə su axıdacaq,dolanışığa ehtiyacı olan sadə kənd insanları isə vəzifəlilərin nə vaxt əkin sahələrini suvarıb qutarmasını gözləyəcək.Nəticədə ənənəvi narazılıqlara,şikayətlərə yeniləri də əlavə olunacaq.


Faktinfo.az xəbər verir ki,neqativ halların qarşısını almaq,şəraiti yerlərdə öyrənmək məqsədilə ilkin olaraq Ağstafa rayonunun Dağ Kəsəmən, Qıraq Kəsəmən, Poylu, Zəlimxan, Pirli, Böyük Kəsik kəndlərindən başlamaqla, Qazax, Tovuz, Şəmkir, Goranboy və digər rayonların kəndlərində vəziyyəti izləmək olar.

Qeyd: Faktinfo.az saytına 2020-ci ilin dekabr ayında Muşayev Bəkir Osman oğlunun təqdim etdiyi şikayət məktubu əsasında yazılan bir neçə xəbərdən sonra, Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinin 241 hektar əkin sahəsini suvarma suyu ilə təmin etmək məqsədilə nasos stansiyasının smeta-layihə sənədləri tərtib edildi.Qrafikə əsasən növbəti illərdə yeni nasos stansiyası tikildi.

Hazırda,nasos stansiyası tikilib istismara hazır olsa da,Qıraq Kəsəmən kəndinin 241 hektar əkin sahəsini suvarma suyu ilə təmin etmək müşkülə çevrilib.Belə ki, "Azərişıq" ASC nasos stansiyasının istismarı üçün tələb olunan texniki şərtin verilməsini gecikdirir və yaxud da vermək istəmir.Bu yanaşmadan itirən, məşğulluğunu təmin edə bilməyən ,241 hektar torpağı əkə bilməyən kənd sakinləridir.

Kənd sakinlərinin istəyini nəzərə alıb Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovdan xahiş edirik ki, "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovu yaranmış vəziyyətlə bağlı ətraflı məlumatlandırsın.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi