Zelenskidən rus dili ilə bağlı qərar...

Zelenskidən rus dili ilə bağlı qərar... 

Ukrayna Prezidenti Vladimir Zelenski rus dilinin Regional və ya Azlıqların Dilləri üzrə Avropa Xartiyası çərçivəsində ölkədə qorunan dillər siyahısından çıxarılmasını nəzərdə tutan qanun imzalayıb.

Bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk deyib.

"Rus dili Ukraynanın Xartiya müddəalarını tətbiq etdiyi dillər siyahısından çıxarılıb. Bu, ədalətli və qanuni qərardır. Təcavüzkar dövlətin dili yerli xalqların və milli icmaların dillərini dəstəkləmək məqsədilə yaradılmış müdafiə mexanizmlərindən yararlana bilməz", - deyə o bildirib./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi