Zəngəzur dəhlizi yeni imkanlar yaradır - Hikmət Hacıyev

Zəngəzur dəhlizi yeni imkanlar yaradır - Hikmət Hacıyev 

Azərbaycan Prezidentinin köməkçisi, Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan və Serbiyanın interregional əməkdaşlığı ilə bağlı paylaşım edib.

Diplomat bu barədə X sosial media hesabında yazıb.

“Azərbaycan və Serbiya strateji tərəfdaşlar və yüksələn orta güclər kimi interregional əməkdaşlıqda da mühüm rol oynayırlar – Azərbaycan Cənubi Qafqazda/daha geniş Xəzər hövzəsində, Serbiya isə Balkanlarda yerləşir.

Zəngəzur Dəhlizi/TRIPP təşəbbüsü Daha Geniş Xəzər/Mərkəzi Asiya ilə Balkan regionları arasında əlaqəliliyin gücləndirilməsi üçün əlverişli imkanlar yaradır”, - o bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi