Zurabişvili "Gürcü arzusu"nu "Rusiya arzusu" adlandırdı
Gürcüstan Prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasını siyasi qərarlarına görə "Rusiyanın arzusu" adlandırıb.
TASS xəbər verir ki, dövlət başçısı uzun müddət neytrallığını qoruyaraq hökuməti rusiyayönlü adlandırmadığını açıqlayıb.
Onun fikrincə, əvvəllər belə dəyərləndirmələr ölkənin Avropa yoluna mane ola bilərdi.
Zurabişvili qeyd edib ki, "Gürcü arzusu seçkiqabağı qeyri-qanuni qərarlar verir:
“Gürcüstan Avropa İttifaqına (Aİ) üzv olmaq üçün namizəd statusu aldıqdan və futbol komandası Avropa çempionatına vəsiqə qazandıqdan sonra hakim partiya yenidən cəmiyyəti parçalayan "xarici agentlər haqqında" qanun layihəsinin təşəbbüskarı olub"./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın