Zurabişvili meydan oxudu: Prezident postundan getməyəcəm!

Zurabişvili meydan oxudu: Prezident postundan getməyəcəm! 

Gürcüstan Prezidenti Salome Zurabişvili bəyan edib ki, mandatının başa çatmasına baxmayaraq, parlament “qeyri-legitim” olduğu üçün səlahiyyətlərini təhvil verməyəcək.

Zurabişvili bu barədə televiziya çıxışında deyib.

“Mən sizin prezident olaraq qalıram, çünki qanuni parlament yoxdur. Qeyri-legitim parlament yeni prezident seçə bilməz. Beləliklə, andiçmə baş tutmayacaq. Və mənim mandatım qanuni seçilmiş parlament olana qədər davam edir”, - o bildirib.

Noyabrın 26-da Gürcüstan parlamenti prezident seçkilərinin dekabrın 14-nə, andiçmə mərasiminin isə dekabrın 29-na təyin edilməsini təsdiqləyib. Daha sonra hakim Gürcü Arzusu deputat Mixail Kavelaşvilini prezidentliyə namizəd irəli sürüb.

Qeyd edək ki, 28 noyabrda Baş nazir İrakli Kobaxidze AB-yə üzvlük danışıqlarının 2028-ci ilə qədər dayandırıldığını bildirib. Bunun ardınca Zurabişvili “konstitusion çevriliş” olduğunu əsas gətirərək, hamını aksiyaya səsləyib.

Müxalifətin çağırışı ilə Gürcüstanda aksiyalar başlayıb və hələ də davam edir./Axar.az

Faktinfo.az xəbər verir ki,Tiflisdə hökumət əleyhinə keçirilən aksiyalar davam edir.Gürcüstanın müxtəlif bölgələrindən insanlar Tiflisdə hökumət əleyhinə keçirilən aksiyalara qoşulurlar.Vəziyyət gərgin olaraq qalır,mitinq iştirakçıları ilə polis arasında insidentlər yaşanır.



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi