Milli Kitabxanada "26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü" adlı kitab sərgisi açılıb

Milli Kitabxanada "26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü" adlı kitab sərgisi açılıb - FOTO

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş Assambleyası 2000-ci ilin sentyabr ayında iclası zamanı “26 Aprel – Beynəlxalq Əqli Mülkiyyət Günü”nün təsis edilməsi haqqında qərar qəbul edib.

Əqli mülkiyyət hüququ əsas hüquq və azadlıqlardan sayılır və dövlətin ən önəm verdiyi hüquqlardan biridir. Qeyri-maddi mülkiyyətləri qorumaqla dövlət insan inkişafına və bununla da bütövlükdə cəmiyyətin inkişafına müvəffəq olur.

Azərbaycanda da əqli mülkiyyət hüququ tanınır və müdafiə edilir. Ölkənin əsas qanunu olan Konstitusiyada da əqli mülkiyyət hüququ ilə bağlı ayrıca maddə var. Həmin maddədə qeyd edilir ki, “hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur” (Maddə 30).

Ölkəmizdə aparılan struktur və iqtisadi islahatlar çərçivəsində Əqli Mülkiyyət Agentliyi yaradılıb. Əqli Mülkiyyət Agentliyi  müəlliflik hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə, inteqral sxem topologiyalarına və məlumat toplularına əqli mülkiyyət hüquqları (bundan sonra "əqli mülkiyyət hüquqları") sahəsində dövlət siyasətini həyata keçirən, normativ-hüquqi tənzimlənməni, əqli mülkiyyət sahəsinin inkişafını təmin edən, bu sahədə fəaliyyəti əlaqələndirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Qeyd edək ki, ölkəmizdə əqli mülkiyyət sahəsinin inkişafına və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dövlət tərəfindən xüsusi diqqət yetirilir. ÜƏMT və Avropa İttifaqının mütəxəssislərinin rəyinə görə, bu gün Azərbaycan MDB və Şərqi Avropa məkanında əqli mülkiyyət üzrə təkmil milli idarəetmə sisteminə və zəngin qanunvericilik bazasına malik olan ölkələrdən biridir. 

Milli Kitabxanada ənənəvi olaraq bu günlə əlaqədar  “26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı geniş kitab sərgisi təşkil edilib. 

Sərgidə mövzu ilə bağlı kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.

Sərgi 1 həftə davam edəcək.

Faktinfo.az

Milli Kitabxanada "26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü" adlı kitab sərgisi açılıb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər