10 saylı Ağstafa Yol Yaşıllaşdırma İdarəsinin rəisi haqqında ilginc iddialar...
Artıq xeyli müddətdir ki, 10 saylı Ağstafa yol yaşıllaşdırma idarəsində rəis vəzifəsini daşıyan Rzayev Fəxrəddin Hidayət oğlunun, rəhbərlik etdiyi qurumdakı “ruhverən addımlar”ının varlığı səbəbindən əmələ gələn problemlər, sanki bəzi media qurumlarının gündəmini zəbt edən mövzulardan birinə çevrilib.
Dolaşan söz-söhbətlərdən bəlli olur ki, adı çəlilən bu şəxs elə hallar olur ki, idarədə çalışan işçilərdən bəzilərini heç bir əsas olmadan, əsassız bəhanələrlə işdən çıxarır və kənar şəxslərdən təqribən 300-500 manat “haqq-hesab” alıb, həmin şəxsləri onların yerinə təyin edir. İşdən azad etdiyi şəxslərə “krizisdi”, “ixtisar gedir”, “müəyyən çətinliklər var” və s. deməklə, bir növ onların kölnünü oxşayan idarə rəisi, çox keçmir ki, qarşıya qoyduğu məqsədinə planlı şəkildə çatır. Bu şəxsin müəyyən hallarda işçilərdən bəzilərini alçaltdığını, hətta onları təhqir etdiyi də iddia olunur. Söylənilənlərə görə Fəxrəddin Rzayev vaxtilə Qazax Gömrük İdarəsində və Ağstafa Dəmir Yol İdarəsində çalışan, amma daşıdığı vəzifələrində qol qoyduğu qanunsuzluqlar səbəbindən işidən qovulan oğlunun adını idarəyə fəhlə yazıb və onu fəhlələrə qeyri-rəsmi olsa da “başçı” təyin edib. İddialara görə, cənab Rzayev rəhbərlik etdiyi idarənin balansında olan su maşınlarını çox zaman “xaltura etməyə”, fəhlə ştatında çalışan işçilərdən bəzilərini isə, onlara aid olmayan işləri görməyə göndərir. Sözsüz ki, bu zaman o, öz marağını güdür və əldə olunan “haqq-hesab”ları şəxsi büdcəsinə daxil edir. Düşündürücü hal odur ki, minbir müsibətdən sonra iş yeri əldə etməyə nail olan fəhlərər çalışdıqları işlərini heç cür itirmək istəmirlər və idarə rəisinin tapşırıqlarına etiraz edə bilmədiklərindən, cənab Rzayevin hər tapşırığına “baş üstə” demək məcburiyyətində qalırlar.
Bütün bunlar qalsın bir yana, bir neçə gün bundan öncə isə adının çəkilməsini istəməyən media nümayəndələrindən biri əməkdaşımızla söhbəti zamanı qeyd edir ki, “mən 2016-cı ildə misilsiz qəhrəmanlıqlar göstərən, Vətənimizin bütövlüyü uğurunda canından keçməyi bacaran, bir sözlə şəhidliyin ən uca zirvəsinə ucalan övladlarımızın xatirəsini bir daha uca tutmaq məqsədilə, onların qəhrəmanlıqlarla dolu olan həyat yollarından bəhs edən kitabı çap etdirdim. Başlıca məqsədim, bu yöndə aparılan təbliğati işlərə lazımi dəstək vermək idi. Düzdür, müəyyən çətinliklərin qarşılığında ərsəyə gətirdiyim kitabı bir neçə min sayda çap etdirə bilməsəm də, az sayda çap etdirməyə nail ola bildim.
Ötən günlərin birində həmin kitabdan bir ədədini 10 saylı Ağstafa yol yaşıllaşdırma idarəsinin rəisi Fəxrəddin Rzayevə təqdim etmək istədikdə, bu şəxsin elə bir davranışı ilə üz-üzə qaldım ki, gəl görəsən. Yəni, idarə rəisi vəzifəsini daşıyan, böyük bir kollektivə rəhbərlik edən və uzun illər ərzində rəhbər vəzifə daşımaqla zəngin iş təcrübəsi toplayan bu şəxsin davranışında, sanki düşmən obrazı cəmləşmişdi. Belə ki, ilk anda o, “siz bura niyə gəlmisinin, kitab nəyimə gərəkdir, necə gəlmisiniz, eləcə də geri qayıdın” dedikdə, sanki şoka düşməli olduq. O halda başa düşdüm ki, adı çəkilən bu şəxsin qəlbində Vətəninə məhəbbət, xalqına bağlılıq, şəhid ruhuna hörmət hissi yoxdur. Belə bir davranışından sonra ona, siz hansı səbəbdən rəhbərlik etdiyiniz idarəyə gəlib-gedən “su pəriləri”ni təmtəraqla qəbul edib yola salırsınız deyə sual etdikdə, o halda o, “istəsən səni də dağlara apara bilərəm” cavabını verdi. Belə bir cavabı eşitməyimiz bir daha onu sübut etdi ki, 10 saylı Ağstafa yol yaşıllaşdırma idarəsinin “altından girib üstündən çıxan”, əldə etdiyi “gəlirlər” hesabına ötən illərin birində “jurnalist” olmaq eşqinə düşən, az sonra isə atdığı addımların müqabilində “xeyli məbləğdə “zibilə düşdüyü” söylənilən Fəxrəddin Rzayev, deyəsən bu gün də peşimançalıq hissi keçirmir”.
Bütün bunlar onu söyləməyə əsas verir ki, 10 saylı Ağstafa yol yaşıllaşdırma idarəsinin rəisi Fəxrəddin Rzayev, hal-hazırda özünəməxsus idarəçiliyi ilə ad-san çıxaran vəzifə sahiblərindəndir. Əgər bu belə olmasaydı, o halda o, ən azından şəhid adı olan kitaba hörmət bəsləyib, az da olsa sayğısını göstərərdi. /Gundemxeber.Az
P.S. Bu yöndə araşdırmamızı davam etdirib, hər kəsi daha ətraflı məlumatlarla məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Bu xəbər üçün şərh yazın