2015-ci ildə çəkilən yollar yararsız vəziyyətə düşüb- AAYDA neqativləri yazan mediaya qarşı səlib yürüşünə çıxıb- FOTOLAR
Qeyd edək ki, son illərdə Azərbaycan yollarının öyünülməsi halları artıb.
Qeyd olunur ki, Azərbaycanda yollar keyfiyyətinə görə, MDB məkanında birincidir. Təbii ki, belə bir qürrələnmə rəsmilərə, xüsusən də yollara cavabdeh rəsmilərə nə qədər xoş gəlsə də, vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. Hər halda, vətəndaş hrə gün gedib-gəldiyi yolun keyfiyyətinə kağız üzərindəki təsvirlərdən daha yaxşı bələddir.
Amma görünəni odur ki, AAYDA rəhbərliyinə sərf edən variant kağız üzərindəki gözəlliklərdir. Onları real eybəcərliklər maraqlandırmır. Əgər belə olmasaydı, hörmətli AAYDA rəhbərliyi onların neqativlərini işıqlandıran mediaya qarşı səlib yürüşünə çıxmaq ƏVƏZinə ayıblarına KOR OLARDILAR... Fakt odur ki, onlar üçün bu kimi sözlərin əhəmiyyəti yoxdur.
DİA.AZ bildirir ki, az bir müddət əvvəl report.az-a istinadən Neftçalada 13 kəndi birləşdirən yolun keçilməz hala düşməsi ilə bağlı məlumatı təqdim etmişdik. Həmin məlumatda qarşı tərəfin hazır-resept xarakterli cavabı da yer almışdı:
Neftçalada 13 kəndi birləşdirən yol keçilməz hala düşüb - AAYDA isə PUL GÖZLƏYİR...
Bu dəfə də eyni qaynaq başqa bir ünvanda anoloji problemi işıqlandırıb. Belə ki, report.az saytı Kürdəmirdə 12 kəndin bir-biri ilə rabitəsini təşkil edən yolun yararsız vəziyyəti ilə bağlı vətəndaş gileyini diqqətə çatdırır...
Xəbərdə deyilir ki, Kürdəmirdə 12 kəndin 10 000-dən çox əhalisinin mütəmadi olaraq istifadə etdiyi Mollakənd-Axtaçı yolunun keçilməz olması sakinlərin narazılığına səbəb olub.
Sakinlər bildiriblər ki, adıçəkilən yolun 25 kilometrlik hissəsi 2015-cü ildə inşa olunub. “Yolun bir hissəsində işlərin keyfiyyətsiz aparılması yolun dağılmasına səbəb olub.Nəticədə üstündən az keçməmiş yolda çalalar yaranmağa başlayıb. Hazırda həmin yolun bir hissəsi tamamilə yarasız vəziyyətdədir. Sürücülər bu yoldan istifadə etməyə çətinlik çəkirlər. Yolun bəzi hissələrində çalaların dərinliyi təqribən 25-30 sm çatır ki, buda avtomobillərin bu yoldan istifadə etməsini mümkünsüz edir. Hər dəfə bu yoldan keçdikdən sonra avtomobildə müxtəlif nasazlıqlar baş verir”.
Məsələ ilə bağlı məlumat verən Kürdəmir rayon 21 saylı Yol İstismarı MMC-nin direktoru İlham Əzizli bildirib ki, hazırda həmin yolda təmir-bərpa işlərinə başlanılıb: “Yolun bir hissəsi təmir olunub və əsas təmirə ehtiyac olan ərazilər də yaxın aylarda təmir olunaraq əhalinin istifadəsinə veriləcək”.
DİA.AZ bildirir ki, təbii olaraq burada 21 saylı Yol İstismarı MMC-nin direktoru İlham Əzizlini yaxşı anlamaq olar. Adam nə cavab verməli idi ki? Deyəsi deyildi ki, yox, vətəndaşlar yalan danışır və yaxud da deyəsi deyildi ki, əcəb edirik yolu düzəltmirik...
Təbii ki, gözlənilən cavabı verib. Cavablar isə heç bir forması ilə ortadakı NÖQSANI nə gizlədir, nə də həmin nöqsana haqq qazandırır...
Yəni əgər görülməli olan iş görülməyibsə, vaxtlı-vaxtında təmir olunmayan yolların bərpasına ayrılan pullar AAYDA rəhbərliyi tərəfindən mənimsənilibsə, daha sinəmizi NİYƏ QABAĞA VERİB DEYİRİK Kİ... bizim yollar MDB məkanında birincidir...
Birincidir eee... amma axırdan...
İddia olunanlarla bağlı dia.az olaraq yenə də qarşı tərəfi dinləməyə hazırıq...
Hətta məhkəmə instansiyalarında olsa belə...
Faktinfo.az xatırladır: Görəsən,milyonların yollara xərcləndiyi Azərbaycanda AAYDA sədrinə sual verən olacaqmi,5-6 il bundan qabaq çəkilmiş yollar niyə yararsız vəziyyətə düşür?
Bu xəbər üçün şərh yazın