2019-cu ildən qaynaqlanan problem: Ağstafanın bu kəndində bələdiyyə sədri "rəsmiyyətdə" var, kənd sakinləri üçün yoxdur

2019-cu ildən qaynaqlanan problem: Ağstafanın bu kəndində bələdiyyə sədri "rəsmiyyətdə" var, kənd sakinləri üçün yoxdur - FOTO

2019 -cu ildə Ağstafa rayonunda yerli özünü- idarəetmə orqanı bələdiyyələrə seçkilər keçirilən zaman həyata keçirilən qanun pozuntularının fəsadları özünü göstərməkdədir.

 Belə ki,o zaman rayon rəhbərliyində təmsil olunan bir sıra vəzifəli  şəxslərin korporativ maraqlarından irəli gələn bir şəkildə seçkiyə müdaxilə,baxça müdirəsinin,məktəb direktorunun,idarə rəisinin,yaxınlarının vəs. həm də bələdiyyəyə üzv "seçilməsinə" səbəb olub.


  Faktinfo.az bildirir ki,burada məqsəd birinci halda həmin vəzifəli şəxslərdən pul almaq,ikinci halda ediləcək qanun pozuntularından kimsənin xəbərdar olmamasını təminat altına almaq ola bilərdi.Belə də, AĞISTAFA şəhəri və onun kəndlərində istədikləri şəxsi seçki qutusundan çıxara biliblər.Amma RİH-dəki həmin vəzifəli şəxslər irəliləyən aylarda onları nələrin gözləyəcəyini proqnozlaşdıra bilməyiblər.Ağstafa RİH-in birinci müavini həbs olunub,Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şaiq Qurbanov adında birisi də işindən "tullanılıb".

  

 Əlqərəz, bu özfaliyyətlərə qurban verilən seçki prossesindən karlı çıxanlar,bələdiyyə inistitutunun formalaşmasına maneə olanlar kənarda qalıb,fəsadlarını bu gün də aradan qaldırmaq mümkün olmayan kəndlərdə əziyyətə salınan,  bələdiyyəsiz qalan kasıb zümrə olub.

 Hazırda Ağstafanın bir sıra kəndlərində olduğu kimi Qıraq Kəsəmən kəndində də bələdiyyə sədri olmaq istəyən yoxdur,kənd bir neçə ildir əziyyətlidir.İcarə müqaviləsi imzalamaq istəyən şəxslər,yaranan zəruri hallarda bələdiyəyə müraciət etməli insanlar,onlarla problem vəs. barədə kimə üz tutacaqlarını bilmirlər.Apardığımız araşdırmadan  bəlli olur ki,"rəsmiyyət" üçün də olsa RİH-in bələdiyyələrə aid siyahısında Yaqubəliyev Ramel Yaqubəli oğlunun adı  hələ də saxlanılır.


 Beləliklə peçatı,ştampı illərlə onun-bunun,RİH rəsmilərinin cibində gəzən Qıraq Kəsəmən kənd bələdiyyəsi formal xarakter daşıyıb, "papka" funksiyasından o yana keçməyib.Yəni "fatı dur, fatı otur" qədər iryənc şəkil alıb.

 Həmçinin,kənd bələdiyyəsinin balansında olan torpaqlar aidiyyatı oldu-olmadı rəsmiləşdirilərək satılıb.Odur ki,Ağstafanın istənilən ərazisində olduğu kimi,Qıraq Kəsəmən kəndində də  bələdiyyənin balansında olan torpaqların  "icarə müqaviləsi" əsasında kimlərə verildiyi,hansı illərə rəsmiləşdirildiyi təftiş edilməlidir.

Bəlkə bu halda gələcəkdə kənddə bələdiyyələrə seçkilər normal keçirilə,bələdiyyə üzvüləri də istədikləri şəxsi bələdiyyə sədri seçə.Nəticədə,Qıraq Kəsəmən kəndində də bələdiyyənin görməli olan bir sıra problemlərdən bir qismi, heç olmasa həllini tapa.

 FAKTİNFO.AZ

2019-cu ildən qaynaqlanan problem: Ağstafanın bu kəndində bələdiyyə sədri "rəsmiyyətdə" var, kənd sakinləri üçün yoxdur
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi