220 nömrəli məktəblə bağlı şok faktlar ortaya çıxır

220 nömrəli məktəblə bağlı şok faktlar ortaya çıxır – Keçmiş direktor Almaz Əsgərova ittihamlar burulğanında…

Bir neçə gün əvvəl 220 saylı məktəb-liseyin direktor əvəzi Tural Mirzəliyev “Yeni Müsavat” qəzetinin rəsmi “Facebook” səhifəsində canlı yayımda qonaq olub.

Tural Mirzəliyevin canlı yayımındakı çıxışı ciddi mətləbləri üzə çıxarıb. Xüsusən Tural Mirzəliyev işdən azad etdiyi ingilis dili müəllimi Rövşən Əzizovla bağlı açıqlamaları diqqəti cəlb edib.

Onun qeyd olunan məktəbin ermənipərəstlikdə ittiham olunan keçmiş ingilis dili müəllimi Rövşən Əzizovun 9 yaşlı qız haqqında yazdığı yazını canlı yayımda səsləndirmsi ciddi rezonansa süəbəb olub. Hansı ki, həmin yazıda müəllim 9 yaşlı qız uşağına vurulmasını, bu barədə qınağa tuş gəlsə də, bütün əngəlləri aşdığını və xoşbəxt olduqlarını qeyd edib. Direktor müəllimin bu etrafına izləyicilərin qiymət verməsini daha düzgün hesab etdiyini bildirib.

Tural Mirzəliyev bu məsələ ilə əlaqədar azyaşlı qızın valideynləri tərəfindən məktəb rəhbərliyinə o vaxt müraciət olunsa da, məsələnin ört- basdır edildiyini vurğulayıb.

Bundan əlavə Tural Mirzəliyev canlı yayımda tanınmış aktyor Rza Rzayevin məktəb-liseydə təlim-tərbiyə işləri üzrə direktor müavini işləmiş bacısı Zeynəb Rzayevanın Pedaqoji Şuranın iclasında məktəbə qəbul olunan uşaqlardan 500, 1000 manat pul alınması ilə bağlı tələblərin səsləndirilməsi ilə əlaqədar ittihamlarını cavablandırıb. O, bu işlə əlaqədar sualların keçmiş direktora ünvanlanmasının daha doğru olacağını deyib.

ALMAZ

Ancaq maraqlıdır ki, keçmiş direktor bu cür ittihama cavab vermir, susqunluq nümayiş etdir.

Araşdırmamız zamanı məlum olmuşdur ki, 220 saylı məktəbin keçmiş direktoru Almaz Əsgərovanın 66 yaşının olmasına baxmayaraq, ona yeni vəzifə verilib. Belə  ki, Almaz Əsgərova bir neçə ay bundan əvvəl “Zəngi” liseyinə direktor göndərilib.

İndi siz təsəvvür edin, Almaz xanım rəhbərlik etdiyi məktəbdə “Tufan” adlı kursları təbliğ edir. Üzərinə təhsilin keyfiyyətini yüksəltmək vəzifəsi qoyulan direktorun pullu kursları təbliğ etməsinin məktəbdə təhsilin səviyyəsinə necə təsir göstərəcəyini təsəvvür etmək çətin deyil. İddialardan belə görünür ki, “Zəngi” liseyində qurulmuş yüksək təhsil mühitinin aşılanmasına artıq başlanılıb.

Bu iddialarla bağlı  Almaz Əsgərovanın mövqeyini də işıqlandırmağa hazırıq.AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi