272 nömrəli məktəbdə qadın müəllimələr əlbəyaxa oldu –Cinayət işi açıldı
Bakıda orta məktəbin qadın müəllimləri dava edib, fakt üzrə cinayət işi başlanılıb.
Paytaxtın Nizami rayonunda yerləşən Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəbin müəllimləri – D.İsayeva ilə Q.Süleymanova arasında əvvəl mübahisə düşüb. Mübahisə zamanı D.İsayeva həmkarına zor tətbiq edib.
Q.Süleymanovanın şikayəti əsasında D.İsayevanın barəsində Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə) maddəsi ilə cinayət işi başlanılıb. D.İsayevanın barəsində həbs qətimkan tədbiri seçilməyib.
Cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası martın 6-na təyin edilib. Cinayət işi hakim Nəriman Mehdiyevin icraatına verilib.
272 nömrəli tam orta məktəbin direktoru Nizami Qasımzadə “Report”a açıqlamasında bildirib ki, hadisə məktəbdən kənarda olub: “Onların öz şəxsi problemləri var idi. Hazırda hər iki müəllim məktəbdə çalışır”.
Qeyd edək ki, müəllimlərdən biri riyaziyyat, digəri isə ibtidai sinif müəllimi işləyir/Report.
Bu xəbər üçün şərh yazın