278 nömrəli məktəbə aid olan şagirdlərin digər məktəblərə üz tutmasının səbəbi və ya səbəbləri nədir?

278 nömrəli məktəbə aid olan şagirdlərin digər məktəblərə üz tutmasının səbəbi və ya səbəbləri nədir? 

Yeni tədris ilinin başlamasına az qalmış, bir sıra orta məktəblərdən valideynlər uşaqlarını çıxardıb başqa təhsil müəissələrinə yerləşdiriblər.Bu hal Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki orta məktəblərdə ötən illərə nəzərən daha çox qeydə alınıb.

Faktinfo.az xəbər verir ki,Suraxanı rayonunda yerləşən Bakı şəhəri Pərviz İsmayılov adına 278 nömrəli tam orta ümumtəhsil məktəbindən də şəxsi işi götürülən məktəblilərin sayı az olmayıb.

Bəs ərazi qeydiyyatı məktəbə aid olan şagirdlərin digər təhsil müəissələrinə üz tutmalarının səbəbi və ya səbəbləri nədir?

Sualımıza cavab almaq üçün 278 nömrəli tam orta ümumtəhsil məktəbi ilə əlaqə yaratmaq istəsək də zəngimizə cavab verilmədi.Qarşı tərəf mövqeyini bildirə bilər.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər
⇪