35 saylı DAİRƏNİN NƏTİCƏLƏRİ DƏ LƏĞV OLUNDU:

35 saylı DAİRƏNİN NƏTİCƏLƏRİ DƏ LƏĞV OLUNDU: MSK İqbal Ağazadənin şikayətini təmin etdi, nəticələr ləğv olundu

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadə və səlahiyyətli nümayəndəsi Rafael Tağızadənin müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Ramiz İbrahimov məlumat verib.

MSK üzvü bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərin araşdırılması zamanı Ekspert Qrupu tərəfindən belə bir qənaətə gəlinib ki, həqiqətən də seçki qanunvericiliyinin pozuntularına yol verilib:

“2 seçki məntəqəsində seçki komissiyasında protokol verilməyib. Bir çox məntəqələrdə bu cür pozuntulara yol verilib. Bu hallar da onu göstərir ki, seçicilərin həqiqi iradəsini müəyyənləşdirməyə imkan verilməyib. Protokolların hansının düzgün olması qeyri-mümkündür. Dairənin 33 məntəqəsinin 30-da belə hallar müəyyən edilib. Hesab edirəm ki, səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin , 30 seçki məntqəsi üzrə səsvermənin nəticələri hesab edilib və həmin dairə üzrə səsvermənin nətciələri etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxalıb və qəbul edilib/Report.

Xatırladaq ki, MSK-nın ilkin nəticəyə görə bu dairədən qalib Raif Arifolu olub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi