4 baş həkimə töhmət verildi, biri etiraz edib istefa ərizəsi yazdı –Sumqayıt səhiyyəsinə nə baş verir?
Sumqayıt şəhər Səhiyyə şöbəsində tibb müəssisələrinin baş həkimlərinin iştirakıyla iclas keçirilib.
İclasda bir sıra baş həkimlər işlərində yol verdiyi nöqsanlara görə cəzalandırılıb.
Belə ki, Sumqayıt şəhər 1 nömrəli Şəhər xəstəxanasının baş həkimi Nazim Hüseynquliyevə, Sumqayıt şəhər 3 nömrəli poliklinikanın baş həkimi Ariz Axundova və Sumqayıt Psixiatriya xəstəxanasının baş həkimi Mail Tağıyevə töhmət, Sumqayıt şəhər akademik U. Musabəyli adına Rayonlararası Göz Xəstəxanasının baş həkimi İradə Əliyeva və şəhərdə fəaliyyət göstərən qadın məsləhətxanalarının baş həkimlərinə isə şiddətli töhmət verilib.
Qeyd edək ki, Sumqayıt Psixiatriya xəstəxanasının baş həkimi Mail Tağıyev töhmət aldıqdan sonra işdən azad olunmasıyla bağlı istefa ərizəsi yazıb və tutduğu vəzifədən azad edilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın