4 dəfə “cek pot” udan riyaziyyatçı –Lotereyada pul qazanmağın gizli metodunu açıqladı
Rumıniya və Avstraliya vətəndaşı olan riyaziyyatçı Stefan Mandel 6 böyük “cek pot”dan 5-ni qazanmağın yolunu tapıb.
“Kommersant.az” xarici KİV-ə istinadən xəbər verir ki, o, bu metodla 14 dəfə böyük “cek pot” qazanıb. Məşhur riyaziyyatçının sözügedən metodunu sizlərə təqdim edirik:
– Ən çox qazanan kombinasiyaların sayını hesablayın. Məsələn, təşkil olunan lotoreyalarda sizdən 1-dən 49-a qədər 6 ədəddən istifadə etməklə, i müəyyən edilməsi istənilir. Bu da ümumilikdə 13 milyon 983 min 816 kombinasiya edir.
– Lotoreyada böyük məbləğin ən az 3 qat olduğu vaxtı gözləyin. Yəni, Mandelin hesablamalarına əsasən yuxarıdakı kombinasiyaya görə məbləğ azı 13,07 milyon olmalıdır.
– Hər kombinasiya üçün pul qoyan oyunçu tapılmalıdır. (Mandel Virciniyada keçirilən lotereyaya 2524 nəfər tapıb)
– Hər kombinasiya üçün lotoreya oynayın və çeklərini alın. (Artıq bəzi ölkələrdə buna icazə verilmir və kupon çeklərinin sadəcə dillerlərdən alınması məcburiyyəti var)
– Kuponları (milyonlarla kuponu) loto dillerinə aparın.
– “Cek pot”u qazanın və pul yatıran şəxslərə borcunuzu ödəyin. (1987-ci ildə 1,3 milyon dollar qazanan Mandelə cəmi 97 min pay qalıb)
Mandel kommunizm rejiminin olduğu dövrdə Rumıniyada ayda 88 dollar maaşa çalışan adi bir insan olub. Lakin hazırladığı bu modellə milyonlarla dolları olan səhmdara çevrilib. Qazandığı ilk “cek pot”u Xarici İşlər Nazirliyindəki məmurlara rüşvət verərək, ölkədən qaçmağa sərf edib.
Avstraliyaya qaçmadan öncə getdiyi İsraildə bu medotun qadağan olunması səbəbindən 20 ay həbs olunub. Lakin bu da onu böyük “cek pot” qazanmaq istəyindən daşındırmayıb.
O, hazırladığı bu metodla Avstraliyada lotoreya idarələrini narahat etdiyini, bu səbəbdən qaydaların bir neçə dəfə dəyişdirildiyini, artıq evdə kupon hazırlamağın və toplu şəkildə bilet almağın qadağan edildiyini söyləyib.
Bu xəbər üçün şərh yazın