4 qız atasının intihar təfərrüatı: “Samanlığa çatanda görüb ki...”
Biləsuvar rayonunda 4 uşaq atasının intiharının bəzi detalları məlum olub.
Çaylı kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Mais Həmidov səhər saatlarında özünü asıb.
“Maisin atası rəhmətə gedib, anası kənddə yaşayır. 4 qız atasıdır. Qızlarından birini gəlin köçürüb, üçü isə yanındadır. Cobanlıq edirdi, ailəsi ilə birlikdə kənddən bir az aralıda fermada qalırdı. Səhhətində heç bir problem olmayıb. Səhər yuxudan qalxıb, arvadına deyib ki, “heyvanlara baxım, yem verim, gəlirəm”. Maisdən səs gəlmədiyini görən həyat yoldaşı qızları ilə birlikdə heyvanlar yatan tövləyə tərəf gedib. Saman tayasının yanına çatanda görüb ki, şalbandan bir kişi asılıb. Yaxınlaşanda Mais olduğunu bilib”.
Qeyd edək ki, Biləsivarda intihar hadisəsi baş berib. “Bakupost”un xəbərinə görə Çaylı kənd sakini, 1980-ci il təvəllüdlü Həmidov Mais Əlipənah oğlu özünü asaraq öldürüb.
Bu xəbər üçün şərh yazın