57 saylı Kürdəmir seçki dairəsinin müxtəlif məntəqələrində ciddi şəkildə qanun pozuntuları baş verib

57 saylı Kürdəmir seçki dairəsinin müxtəlif məntəqələrində ciddi şəkildə qanun pozuntuları baş verib 

Bu barədə Moderator.az-a seçkilərin gedişatını yaxından izləmək üçün müəyyən məntəqələr üzrə bölünən KİV nümayəndələri bildirib.

Müşahidələr zamanı jurnalistlərin iştirakı məntəqə sədrləri tərəfindən müsbət qarşılanmayıb. Onlar müxtəlif təzyiqlər və bəhanələr gətirərək jurnalistləri seçkinin keçirildiyi məkanlardan kənarlaşdırmağa çalışıblar. Və 4, 10, 12, 20, 21 saylı məntəqələrdə buna nail ola biliblər. Onlar öz hüquqlarını xatırlatmağa çalısalar da bu müsbət nəticə verməyib. Jurnalistlərin seçkiləri yaxından izləmək hüquqları kobud surətdə pozulub. Mərkəzi Seçki Komissiyasına müraciətlərdən sonra onların bir hissəsi yenidən məntəqəyə dönə bilib. Qeydə alınan pozuntular jurnalist və operatorların hədəfindən yayınmayıb.

Müşahidələr zamanı məntəqələrə gedən seçicilərin bir çoxunun barmağı yoxlama kontrolundan keçmədən, bəzilərində isə spreylərin tətbiq edilmədiyi üzə çıxıb. Və hətta spreylərin yanlış ələ vurulması halları da media nümayəndələri tərəfindən aşkarlanıb.
Seçki kabinələrinin arxasında yalnız bir seçicinin iştirak etmə hüququ olduğu halda, iki-üç nəfərin toplaşması və hətta ailə üzvlərinin bir-birinə adla kimə səs verəcəyi ilə bağlı göstərişləri Kürdəmirin əksər seçki məntəqələrində müşahidə olunub.

Bundan başqa, jurnalistlərin bir neçəsi məntəqə əməkdaşları tərəfindən təhqir edilərək, həm fiziki, həm də mənəvi cəhətdən alçaldılıb.

Jurnalistlər tərəfindən “karusel” əməliyyatlarının üstü açılan zaman onlara kobudluqla və təhqirlə hədə-qorxular gəlinib. Hətta jurnalistlərdən birinə ikinci dəfə seçkiyə qatılması aşkar edildi zaman avtomobillə ayağının üstündən keçərək xəsarət yetirilib.

Bir çox məntəqələrdə jurnalistlərə və komissiya üzvlərinə sədrlər tərəfindən seçicilərin iştirakı ilə bağlı rəqəm sayı göstərilməyib. Göstərilən məntəqələrdə isə yekun hesablamalar nəticəsində rəqəm sayları üst-üstə düşməyib.

Qeyd edək ki, bütün bu faktlar KİV nümayəndləri tərəfindən video görüntülərlə sübut olunub. Həmin videoların bir neçəsini təqdim edirik:

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi