73 saylı Masallı - Cəlilabad Seçki Dairəsindən kimin seçilməsi məqbuldur? - Və yaxud Şəmsəddin Əmirlinin fikirlərinə

73 saylı Masallı - Cəlilabad Seçki Dairəsindən kimin seçilməsi məqbuldur? - Və yaxud Şəmsəddin Əmirlinin fikirlərinə sözardı

Şəxsiyyət anlayışı göydən düşmə hesab edilmir, bu bir mənalıdır. Bəli, bəli, düz başa düşdünüz. Bu barədə dərin elmi əsaslandırmaya söykənən kifayət qədər faktlar mövcuddur.

Mövzu seçkilərdir.Ona görə də əsasən, bu ərəfədə respublikada aparılan abadlıq işlərindən, görülən işlərin estetik baxımdan dövrün aktual ehtiyaclarına cavab verib-vermədiyindən danışmayacağıq.

O cümlədən, Azərbaycanın çiçəklənən bir diyara çevrilib-çevrilməməsi də fərqli olduğu qədər başqa zamanın mövzusudur. Çünki, gündəliyimizi başlıca olaraq, parlament seçkiləri zəbt edib və artıq belə görünür ki, bir çox layiqli namizədlərə qarşı işlədilən "kirli fikirlərə", urapatriotcasına yanaşmalara yerli şəraitin tələbinə və məntiqi uyğunluq üzərindən münasibət bildirməyin vaxtıdır.

Düzdür, söz, mətbuat, yığıncaq, insan azadlıqları, demokratik seçkilər cəmiyyətimizin güclü atributlarıdır. Vacib olduğu qədər, həyati əhəmiyyətlidir. Konstitusiyamızda olduğu kimi, praktik həyatımızda da ən vacib əmsallardır. Lakin, yaşadığımız dünyada  siyasətçilərin ideal olmadığını, Azərbaycanda keçiriləcək 1 sentyabr növbədənkənar parlament seçkilərinin də tamlığı ilə nöqsansız baş tutacağını bəri başdan söyləmək çox çətindir. Bunu hamımız bilirik.

Amma vəziyyəti ümumiləşdirərkən, söhbət Azərbaycanın dəyərli simalarından, ziyalılarından gedirsə və onlar əsassız yerdən davamlı tənqid olunurlarsa, bəzi saytlar da suni ittiham elementləri ilə milçəkdən dəvə yaratmaq arzu-istəyində israrlıdırlarsa,buna münasibət bildirməmək də xoş təəssürat bağışlamır.

Bu əsnada söhbət 73 saylı Masallı-Cəlilabad Seçki Dairəsində deputatlığa namizəd Fəzail İbrahimlinin qəbul edilməməsi və 1 % səs toplaya bilməyəcəyinə vəs.digər yayılmış əsassız məlumatlardan gedir.

 

"Şəffaf seçki olsa, inanıram ki, o bir faiz belə səs toplaya bilməz. Onun bu gün seçicilərlə görüşləri belə inzibati resurslar hesabına olur. Könüllü olaraq, heç kəs onu görüşdə görmək istəmir, demək ki, heç deputat da görmək istəmirlər". Bunu Müsavat Partiyasının 73 saylı Masallı-Cəlilabad Seçki Dairəsindən namizədi, şəhid ciyarparamızın atası Şəmsəddin Əmirli deyir, saytlar da tirajlayır.


Bəlkə də, bu fikirlərə səthi və elementar məntiqdən kənar yanaşıb, vəziyyəti yerli şəraitin tələbinə uyğun qiymətləndirə bilməyənlərdə belə qənaət yaranar ki,Şəmsəddin Əmirli düz deyir. Həmçinin, Azərbaycanın tarixçi-alimini nə respublikamızda,nə bölgədə,nə də siyasi mühitimizdə  tanımırlarmış. Şəmsəddin Əmirli Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində, tarixi həqiqətlərinin dünya xalqlarına çatdırılmasında, xarici mətbuatlarda dərc edilməsində Fəzail İbrahimlidən daha çox əmək sərf edibmiş.O, bunlara görə tanınırmış, onu seçiciləri dəstəkləyir, onun seçilmək imkanları Fəzail İbrahimlidən çoxdur vəs. Digər rəqibləri də Şəmsəddin Əmirlidən şanslı və güclü deyillər.Ortalığa sanki elə fikir sərgilənir ki, Fəzail İbrahimliyə seçiciləri nifrət edir. Şəmsəddin Əmirlini qəti imkan tədbirində 73 saylı Masallı-Cəlilabad Seçki Dairəsində hamı dəstəkləyir. 


Axı elə deyil! Seçkilərlə bağlı  təbliğat-təşviqat dövrünün ilk günlərindən alternativ şəxslərə fokuslanmaq, bunu nifrət obyektinə çevirmək yolverilməz olmalıdır.Təbii burada bizim Şəmsəddin Əmirlinin insanlığına,əməksevərliyinə,vətənpərvərliyinə vəs.digər müsbət keyfiyyətlərinə şübhəmiz yoxdur.Amma qəbul etməliyik ki,bu ziddiyətli emosional yanaşmanın məntiqi nəticəsində deyəsən Karamazova müraciət etmək də yanlış deyil.

Karamazov rəqibinə sual verir:

-Mənə nə üçün nifrət edirsən? Rəqibi cavab verir.

-Sizin haqqınızda o qədər xəbərçilik etmişəm ki, elə bilirəm siz də mənə nifrət edirsiniz.

Bunu uşaq təfəkkürü də başqa cür qəbul edə bilməz. Aydındır ki, burada 73 saylı Masallı-Cəlilabad Seçki Dairəsində məsələni qloballaşdırmaqla hər şeyin hədəfi kimi, lap yeri gəlsə, təhrif olunmuş formada tarixçi-alim Fəzail İbrahimlini zərbə altına salmaq,ona fokuslanmaq məqsədi güdülür.

 

Eləcə də, psixologiyamızda (bəzilərinin) yuva salmış "çevir tatı, vur tatı" deyib, bir fikri yüz dəfə təkrarlamaqları seçki ərəfəsinə qalıbmış.Sanki saytlar həqiqəti görməzdən gəlib, ideyalardan-ideyalara hesabat verən XXI əsrdə ictimai rəydə ələmətdar-mütərəqqi fikirli şəxs kimi qəbul edilən tarixçi-alimlərimizdən biri- Fəzail İbrahimlini də heç tanımırlarmış. Cənablar, biz nədən özümüz-özümüzü aldadırıq? Axı bizim üstünlük verdiyimiz,bəzən də görməzdən gəldiyimiz dəyər sistemi artıq mövcuddur.Fəzail İbrahimlinin də üstün keyfiyyətləri barədə hamımız məlumatlıyıq. Sizli-bizli yaxşı bilirik ki, Milli Məclisdə yüksək səviyyəli qanunların qəbul edilməsi sahəsində çalışmaq, ölkəmizi xarici ölkələrdə, beynəlxalq tədbirlərdə təmsil etmək məsələsində şəhid ciyarparamızın atası Şəmsəddin Əmirli çox-çox zəifdir.Özümüzü bəri başdan populiscəsinə niyə aldatmalıyıq ki?!

 

Axı bəyənmədiyimiz dövrün bizə miras qoyub getdiyi böyük ziyalı-alim potensialı bu gün də zamanın aktual ehtiyacları baxımından, respublikamızın müstəqilliyinin daha da möhkəmlənməsi üçün gərəklidir.Fəzail İbrahimli də tarixçi-alim kimi həmişə yüksək kürsülərdən sözünü demiş, milli-mənəvi stimullarla millətinə bağlı adamdır. Digər tərəfdən, o, adının qabağında "doktor", "professor" və ya "akademik" yazılan çoxluqdan vətənpərvərliyinə,hansı elmi keyfiyyətlərinə görə fərqləndiyini də hamımız yaxşı bilirik. 

O, müasir mərhələdə tarixi dövlətçilik ənənələrinə də sadiq şəxsdir. Onun parlamentdə yenidən təmsil olunması ictimai rəydə ələmətdar hadisə kimi qəbul olunmalıdır, deyilmi?! Zənn edək ki, (Allah eləməsin) Azərbaycana qarşı xarici dairələrdə planlaşdırılmış hansısa çirkin siyasətə start verilir. Buna davamlı olaraq, tarixi-xronoloji ardıcıllıq ilə cavab vermək zərurəti yaranır. Onda kimlər səfərbər olunmalıdır,biz hansı tarixçi-alimlərə istinad etməliyik,təsəvvür edək.

Digər istiqamətlərdən baxdıqda da, Fəzail İbrahimli kimi düşünə bilən bir başın, tarixçi-alimin necə olursa-olsun siyasi arenadan (siyasi arena yazırıqsa Azərbaycan parlamentini nəzərdə tuturuq) uzaqlaşdırılması milli mənafe baxımından zərərli olmazdımı?!

İndi müsbət obyektiv nəticəni ictimaiət,seçicilər və jurnalistlər çıxardaq.

Fuad İsgəndərov 

Faktinfo.az saytının baş redaktoru


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər