78 yaşlı qadının qətlinin təfərrüatları- "Yəqin pulu olar"
Füzuli rayonunda 78 yaşlı qadının qətlinin bəzi təfərrüatları məlum olub.
Rayonun Babı kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, qətlə yetirilən 78 yaşlı Lyuba Babayeva tək yaşayırmış:
"Sumqayıt şәhәr sakini, 25 yaşlı Yaqub Abbasov kəndə babası gilə qonaq gəlib. Bir müddət kəndə qalıb və Lyuba Babayevanın tək yaşadığını öyrənib. Düşünüb ki, tək qadındır, yəqin pulu olar. Bu məqsədlə evinə girib və onu öldürüb.”
Füzuli rayonunda qətl hadisəsi baş verib. Rayonun Babı kәnd sakini, 78 yaşlı Lyuba Babeyava yaşadığı evində küt alətlə öldürülüb.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın