80 saylı İmişli-Beyləqan Seçki Dairəsində Qazilərin Çingiz Qənizadəyə dəstək verməsi vəziyyəti gərginləşdirib

80 saylı İmişli-Beyləqan Seçki Dairəsində Qazilərin Çingiz Qənizadəyə dəstək verməsi vəziyyəti gərginləşdirib 

Faktdır ki,müxalifət partiyalarının içərisində ən güclüsü AXCP-dir.Hətta bu partiya hakim YAP istisna olmaqla , ümumilikdə bütün partiyaların cəmindən bəlkə də daha çox tərəfdara malikdir. Hazırda AXCP parlament seçkilərində iştirak etmir.

Lakin müəyyən mənada sezilir ki, bölgələrdə bu partiyanın  bəzi rəhbər şəxsləri bir sıra deputatlığa namizədlərə dəstək verir.

Faktinfo.az-ın əldə etdiyi  məlumata görə, AXCP-nin İmişli rayon şöbəsinin sədri Əli Qasımlı qeyri-rəsmi şəkildə 80 saylı İmişli-Beyləqan Seçki Dairəsi üzrə deputatlığa namizəd Raquf Muradovu dəstəkləyir.Bu onunla izah olunur ki,ötən həftə Çingiz Qənizadənin  Beyləqanın  Qəhrəmanlı, İmamverdili və Qaralar kəndində seçiciləri ilə görüşü ərəfəsində 10 maşın Qarabağ Qazisi ona dəstək olub,bu da ölkə gündəmində əks-səda yaradıb.Vəziyyəti belə görən Çingiz Qənizadənin rəqibi keçmiş partiya yoldaşlarından dəstək istəmək məcburiyyətində qalıb.

Qeyd edək ki,deputatlığa namizəd Raquf Muradov əvvəllər  Fövqəladə Hallar Nazirliyinin Təchizat İdarəsinin rəisi olub,müəyyən nöqsanlar səbəbindən işdən çıxarılıb.Həmçinin, oğlu Bəhruz da nazirlikdə  vəzifə sahibi olub.

Bir müddət əvvəl KİV-lərin yazdığına görə,Bəhruz Muradov ayrı-ayrı şəxslərdən FHN-ə işə düzəltmək adı ilə 480.000 AZN (dörd yüz səksən min) aldığına görə,9 il 5 ay həbs cəzasına məhkum edilib.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi