ABŞ-da keçirilən aralıq seçkilərində Demokratlar qalib gəldi

ABŞ-da keçirilən aralıq seçkilərində Demokratlar qalib gəldi 

ABŞ-da keçirilən aralıq seçkilərində hazırkı nəticələrə görə, 435 yerlik Nümayəndələr Palatasında demokratlar 228, respublikaçılar isə 139 mandat əldə ediblər. Bununla da demokratlar Nümayəndələr Palatasında yarıdan çox mandat əldə edərək, üstünlüyü tam təmin ediblər.

Digər ştatlarda səslərin sayılması davam edir və demokratların mandat sayını artıracağı istisna deyil.

Hazırkı nəticələrə görə, 100 yerlik Senatda demokratlar 54 yer əldə edərək, burada da böyük üstünlük qazanıblar. Respublikaçılar isə 44 yer əldə ediblər.

2 ştatda səslərin sayılması isə davam edir.

Qubernator seçkilərində isə indiyə qədər demokratlar 25, respublikaçılar 19 ştatda qalib gəlib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
⇪