ABŞ F-35-i verməsə, Türkiyənin alternativi var - Korotçenko

ABŞ F-35-i verməsə, Türkiyənin alternativi var - Korotçenko 

Rusiya və Türkiyə birgə V nəsil qırıcı təyyarələr istehsal edə bilər.

Bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko ABŞ-ın türk pilotların F-35 təlim uçuşlarını dayandırması qərarını şərh edərkən deyib.

O, ABŞ-ın bu hərbi və siyasi şantajının qəbuledilməz olduğunu bildirib:

“ABŞ-ın heç bir təhdidi və şantajı Türkiyəni S-400-lə bağlı mövqeyindən döndərə bilməyəcək. ABŞ F-35 satışından imtina etsə belə, Türkiyənin alternativi var. Türkiyə siyasi və hərbi elitası alternativ axtarışına çıxsalar, belə birisi var: Su-57. Parametrləri baxımından F-35-dən olduqca yaxşıdır. F-35 yüngül qırıcıdır, Su-57 isə hərtərəfli şəkildə modernləşdirilib. Yəni, istənilən halda Türkiyənin alternativi var”.

Qeyd edək ki, ABŞ türk pilotların F-35 qırıcıları ilə təlim uçuşlarını dayandırmaq barədə qərar qəbul edib. Bundan öncə isə F-35 qırıcılarının detallarının Türkiyəyə tədarükü dayandırılıb.//Axar.az

  •  
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi