ABŞ imkan vermir ki, tənzimləmə aparaq – Kudrin

ABŞ imkan vermir ki, tənzimləmə aparaq – Kudrin 

Sanksiyalar Rusiyada iqtisadi artımın qarşısını alan əsas faktordur.

Bunu TASS agentliyinə müsahibəsində Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin söyləyib.

“Onlar bizə çox mane olurlar. Əgər biz onların azalması ehtimalını və ya heç olmasa artmayacağını bilsəydik, o zaman iqtisadi artımı tənzimləyə bilərdik. Güclənmə ehtimalı olduğuna görə investisiyaların qarşısı alınır”, – deyə o bildirib.

Onun sözlərinə görə, neftin dəyəri yaxın 3-4 ildə dəyişməyəcək:

“Neftin qiyməti 60-70 dollar arasında dəyişəcək. Neft 3-4 il ərzində belə qalacaq, amma uzaq perspektivdə onun enmə riski var. Bunu dəqiq demək mümkün deyil. Hazırda slans neftinin hasilatı artır. İndi həmçinin alternativ mənbələr güclü inkişaf etdirilir. Xatırladıram ki, yaxın 5 ildə bu mənbələr həlledici olmayacaq, amma 10 il sonra onların önəmi artacaq”. /Axar.az/

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi