ABŞ-ın bu addımı Türkiyəni qəzəbləndirir - Hicaz
Türkiyə ilə ABŞ arasındakı yaşanan böhran uzun müddət davam etməsinə baxmayaraq, həmişə qalib gələn türk praqmatizmi olur.
Bu fikirləri BƏƏ-nin "Əl-Mustaqbal" araşdırma mərkəzinin siyasi eksperti Abdel Lətif Hicaz deyib.
"ABŞ ilə Türkiyə arasındakı gərginlik yeni deyil, illərdir davam edir. Keçmiş prezident Obama vaxtında da belə idi. ABŞ-ın Suriyadakı kürdlərə dəstəyi və müxalif türklərə sığınacaq verməsi Türkiyəni qəzəbləndirir. Ancaq Türkiyə hər zaman praqmatik davranır, bu səbəbdən gərginliyi yumşaldacaq açıqlamalar verir, daha sonra maraqlarına uyğun razılaşma əldə edir", - Hicaz söyləyib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın