ABŞ-ın Türkiyəni itirməsinə bir addım qaldı - Rusiyalı ekspert
ABŞ-ın Suriyada apardığı siyasətdən dolayı Türkiyəni itirməsinə bir addım qaldı.
Bu sözləri rusiyalı ekspert Aleksey Fenenko bildirib.
"Amerikalılar çox sürətli şəkildə Türkiyəni itirdiyini anladı və bu vəziyyətdən qorxdu. Ötən 15 il ərzində Türkiyənin ABŞ-dan uzaqlaşma meyili müşahidə olunurdu. Son 2 ildə isə bu proses sürətləndi. Türkiyənin Astana formatına inteqrasiya olduğunu, Suriya ilə bağlı mövqeyini İran və Rusiya ilə koordinasiya etdiyini nəzərə alsaq, ABŞ-ın Türkiyəni itirməsinə bir addım qaldı. Tramp Türkiyə ilə əlaqələri qismən də olsa, normallaşdırmaq üçün təcili tədbirlərə əl atır. Halbuki ABŞ-ın Türkiyəni narahat etdiyi ən böyük amil əvvəl İraq, sonra Suriyadakı kürd layihəsinə açıq dəstəyidir", - Fenenko qeyd edib./Axar.az/
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın