ABŞ neft qiyməti proqnozlarını 11 dollar aşağı saldı

ABŞ neft qiyməti proqnozlarını 11 dollar aşağı saldı 

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) gələn ilə dair neft qiyməti proqnozlarını 11 dollar aşağı salıb.

“Marja” xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) “Dekabr 2018″ Hesabatında, gələn il Brent tipli xam neftin orta hesabla barrel qiymətinin 61 dollar, ABŞ-ın Qərbi Texas (WTI) növü xam neftinin orta hesabla barrel qiymətinin də 54 dollar olmasının nəzərdə tutulduğu bildirilib.

EIA-nın noyabr hesabatında, gələn il Brent neftin barrel qiymətinin 72 dollar, WTI nefti üçün də 65 dollar olacağı təxmin edilmişdi.

Beləliklə, hər iki xam neft növünün gələn ilə dair barrel qiyməti, bir ay əvvəlki hesabata nisbətən 11 dollar aşağı salınmışdır.

Hesabatda, dünyanın ən böyük neft istehsalçıları olan ABŞ, Rusiya və Səudiyyə Ərəbistanının xam neft istehsallarının ötən ay rekord səviyyələrə çatdığı qeyd edilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər