Adı "BARMEK" olan qurum “Azərişıq” ASC-yə çevrildikdən sonra...
Baba Rzayevin “Azərişıq”ASC-nin sədri vəzifəsindən azad edilərək “Azərenerji”ASC-yə rəhbər təyin edilməsindən xeyli vaxt keçməsinə baxmayaraq,hələ də onun yerinə təyinat olmayıb.
Vaxtın uzanmasından faydalanmağa çalışan bəzi qüvvələr isə “Azərişıq”ASC-ni “ələ keçirmək” üçün bir-birilərilə mübarizə aparırlar.
Faktinfo.az bildirir ki,gizli savaş həddinə çatan bu mübarizədə iddialılar arasında “SOCAR” təmsilçisinin də adı keçir.Elə bu məsələyə diqqət çəkməyimiz də buradan qaynaqlanır.Çünki,belə bir halın gerçəkləşəcəyi abonentlərə xoş güzəran vəd etməyə bilər. Belə ki, rəhbərləri “SOCAR”a bağlı olan digər iki qurumun-“Azərsu” ilə “Azəriqaz”ın fəaliyyəti göz önündədir.Hər həftənin bir günü paytaxt sakinlərinə verilən su və qaz səhərdən axşama kimi kəsilir.Adını da qoyurlar ki,profilaktik iş aparılır.Axı bu nə qədər olar? İlin-günün bu vaxtında paytaxtın müxtəlif rayonlarında hər həftə suyun,qazın kəsilməsi nə deməkdir? Bu abonentlərin haqqını tapdalamaq,xəstəsi ,körpəsi,yaşlısı olan ailələrə zülm etmək deyilmi?
Belə bir şəraitdə “Azərişıq”ASC-nin rəhbərliyinə də “SOCAR” nümayəndəsi gətiriləcəksə ,onda vay bizim halımıza...Qışın günü hər həftənin bir günü işıqsız da qalmağın nə demək olduğunu təsəvvür etmək yəqin ki,çətin deyil.Bunu düşündükcə adamı indidən üşütmə tutur.
Qeyd edək ki,Baba Rzayevin “Azərişıq”ASC-nin sədri olarkən əhalinin fasiləsiz şəkildə elektrik enerjisi ilə təmin olunması üçün gördüyü işlər hər kəsə yaxşı məlumdur. Əvvəlki adı "Barmek" olan qurum “Azərişıq”ASC-yə çevrildikdən sonra bütün sistem ən yüksək səviyyədə yenidən quruldu və müxtəlif vaxtlarda bir neçə istisna halı nəzərə almasaq abonentlər fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunurlar.
Faktinfo.az olaraq hesab edirik ki,əhalinin mənafeyi naminə bu amil mütləq nəzərə alınmalıdır.Yoxsa ,hər həftənin bir günü suyun ,qazın kəsilməsinə üçüncü bir problem- elektrik enerjisinin dayandırılması da əlavə olunarsa,ciddi çətinliklər meydana çıxa bilər. Vay o günə ki,qazın kəsilməsi ilə elektrik enerjisinin dayandırılması üst -üstə düşə. Batarıq... Təsəllimiz odur ki,qaz olmayanda heç olmasa elektrik enerjisi ilə çay,yemək hazırlanır.
Elə bu səbəblərdən yaxşı olar ki, ya “Azərenerji” ilə “Azərişıq”ASC birləşdirilsin(əvvəllər məhz belə idi), ya da qurumun özündən layiqli bir kadr seçilərək “Azərişıq”ASC-yə rəhbər təyin edilsin.Belə olarsa,hər halda indiki real şərait qorunar,abonentlər də indiki kimi razı qalar.
Firuddin Oruc
Faktinfo.az
Bu xəbər üçün şərh yazın