ADIU müəllimləri Əvəz Ələkbərova sual ünvanladı -Yenilənir

ADIU müəllimləri Əvəz Ələkbərova sual ünvanladı -Yenilənir 

Şikayətçilər: “Əvəz müəllim, əgər söylədikləriniz səmimidirsə...”

Faktinfo.az xəbər verir ki,ötən gün pravdainfo.org saytında əvvəlcə “İqtisad Universitetində dava: Əvəz Ələkbərov Həmid Həmidovla əlbəyaxa olub?" başlıqlı, bir neçə saat sonra isə “Professor Əvəz Ələkbərov təkzib etdi” sərlövhəli yazılar yayımlanmışdır. Bundan sonra Azərbaycan Dövlət İqtisad Universiteti müəllimlərindən bir neçəsi (adları gizli saxlanılır) yuxarıda qeyd olunan yazılarla bağlı “Təzadlar”ın elektron poştuna məktub göndərib.

 Həmin məktubun məhz sayta  göndərilməyinin özəl səbəbləri vardır,deyə bildirilib. Məktub keçmiş maliyyə naziri, ADİU-nun kafedra müdiri Əvəz Ələkbərova ünvanlıdır. Məktubda “Təzadlar”a aid bir vacib məqam olduğundan üslubuna toxunmadan, kiçik ixtisarla dərc edirik:

-Hörmətli “Təzadlar”! Bir müddətdir Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlı tənqidi yazılarınız dərc olunur. Lakin birdən-birə digər bəzi problemlərlə bağlı sizə göndərilmiş məktub və şərhlərimiz dərc edilmədiyindən düşündük ki, sizi bunlardan çəkindirən səbəblər mövcuddur. Təbii ki, bu qəzetin və eyni adlı saytın redaksiyadaxili işidir. Amma bəzi söz-söhbətlərdən biz də məlumatlıyıq. Məhkəməyə verilmək qorxusundan tutmuş Mətbuat Şurasının təzyiqi, bəzi tanınmış şəxslərin bu prosesə qanunsuz da olsa müdaxiləsi və sair. Lakin bunların bir çoxuna inanmırıq. Düzdür, yazılarınızda bəzən əsassız, amma şəxsi mülahizələrə söykənən məqamlar da olmuşdur. Bunların da qərəzli, məqsədli şəkildə yazılmadığını bilirik. Çünki həmin yazılarda bəhs edilənlərin canlı şahidiyik, necə deyə bilərik ki, bunlar yalandır? Elə bu məktubu da yazmaqda niyyət birdir: yuxarıda deyilənlər həqiqət deyilsə, çox istərdik bu məktub işıq üçü görsün. Biz bunu başqa saytlara da göndərə bilərdik. Lakin Sizə göndərdiyimizdə məqsəd var və səbəbini də qeyd etdik.
Bəli, biz etiraf edirik ki, Sizin də sərt tənqid etdiyiniz rektor Ədalət Muradov ADİU-ya özünəməxsus dəyişikliklər gətirib. Əlbəttə, bunlar belə bir elm ocağına yeni gələn birinci və rəhbər şəxsin görmək istədiyi islahatlardır, bunların bir çoxu ilə razılaşmamaq mümkün deyil. Amma bəzi problemlər də var ki, şəxsən bu məktubun müəllifi olaraq bunu rektorun deyil, onun komandasında olan bəzi şəxslərin günahı hesab edirik. Məsələn, sual yaranır ki, axı necə ola bilər, rektor yeniliyin, islahatların tərəfdarı olduğu halda, Azərbaycan Dövlət İqtisad Universitetində bircə saat belə dərs deməmiş keçmiş maliyyə naziri Əvəz Ələkbərov bir neçə kafedranın birləşdirilərək yaradılmış yeni struktur kafedranın müdiri təyin edilsin, hətta bu azmış kimi o Azərbaycanın “Əməkdar müəllimi” olsun??? Biz inana bilmərik ki, islahatçı rektor belə bir anlaşılmazlığın tərəfdarı olsun.
Bir vacib məqam barədə də demək istəyirik. Ötən gün pravdainfo.org saytında Əvəz Ələkbərovla univesitetin Doktorantura şöbəsinin müdiri Həmid Həmidov arasında baş vermiş insidentdən bəhs edilən məlumat yayımlanmışdır. Az sonra həmin yazıya ADİU-nun kafedra müdiri, professor Əvəz Ələkbərovdan cavab-mövqe gəldiyi qeyd olunmaqla onun mövqeyi dərc edildi. Əvəz Ələkbərov yazır ki, “Sizin bugün yerləşdirdiyiniz “İqtisad Universitetində dava: Əvəz Ələkbərov Həmid Həmidovla əlbəyaxa olub?” materiala cavab olaraq bidirirəm ki, bu yazı mənə qarşı təxribatdır, nə mənim adım, nə cəmiyyətdə tutduğum mövqe, nə mənim mədəniyyətim və İqtisad Universitetində mənə qarşı olan münasibət, əlbəyaxa olub dalaşmaq şəxsiyyətimə uyğun deyil. Bəli, dosent Həmid Həmidovla elmi mübahisəmiz olub, bu hər yerdə olur, lakin Həmid Həmidovun mənə qarşı heç vaxt hörmətsizliyini görməmişəm. Mənə dərin hörmətlə və rəğbətlə yanaşan bir insandır”.
Əvəz müəllimin bu sözlərinə hörmətlə yanaşırıq, amma İstərdik ki, əgər Əvəz müəllim bu cavablarında səmimidirsə, ona ünvanlı bir neçə suallarımızı da cavablandırsın:
-Məsələn, Əvəz müəllim, ola bilər ki, siz “Pravdainfo.org”da hansısa bəzi məsələləri təkzib edəsiniz. Amma həqiqəti necə təkzib etmək olar ki, sizin Həmid Həmidovla münaqişəniz ADİU-nun nüfuzlu müəllimləri olan Nüsrət Babayevin, Mübariz Bağırovun və qeyrilərinin yanında olub. Həta həmin saytın yazdığı kimi deyil, Həmid Həmidov sizə hücum etməyib, siz aqressiv münasibət bəsləyərək ona hücum etmisiniz, onu kabinetinizdən qovmusunuz da...
-Əvəz müəllim, siz ADİU-da bir saat belə dərs deməmisiniz. Əgər səmimisinizsə, niyə universitetdə bircə saat belə dərs demədiyiniz halda, ADİU-dakı on illərlə tədrislə məşğul olmuş professorların başı üzərindən sizə “Əməkdar müəllim” Fəxri adı veriləndə etiraz etmədiniz və hörmətli rektor Ədalət Muradovu və pedoqoji kollektivi niyə pis vəziyyətə qoydunuz?
- Ən dəhşətlisi, Siz professor olmadığınız halda, ADİU-da yaradılmış “Professorlar klubu”nun rəhbərisiniz. Özünüz də bilirsiniz ki, sizin 2017-ci ilin dekabrında ADİU Elmi Şurasının təqdimatı ilə dosentliyə namizədliyiniz irəli sürülüb. Hələ də professor olmadığınız halda, bu kluba və orada cəm olan tanınmış professorlara necə rəhbərlik edirsiniz? Bu nə dərəsədə səmimiyyət ölçüsüdür?
-Saytlarda sizi professor kimi təqdim edirlər. Niyə bunu da təkzib etmirsiniz?
-Sizin rəhbərlik etdiyiniz kafedrada iki tanınmış dosent (13 nəfərdən 2-si) məcburi qaydada “öz ərizələri” ilə işdən getdilər. Axı bu işdəngetmənin əsil səbəbini hamı bilirdi. Əgər səmimisinizsə, niyə onların müdafiəsinə qalxmadınız?
-ADİU prorektoru Damət Bağırovla münaqişənizi bütün müəllimlər bilir. Bunu da təkzib edə bilərsinizmi? Axı bu hal rektorluğun ümumi siyasətinə və islahatlarına ağır zərbədir. Hansı ki, bu münaqişənin məhsulu olaraq siz Damət Bağırovun ən yaxın adamı olan Eldəniz Həsənovu qəsdən kafedradan haqsız uzaqlaşdırmaqla odun üzərinə benzin tökmüş oldunuz. Bunu da təkzib edə bilərsinizmi? Axı, rektor Ədalət Muradov bu barədə sizə xəbərdarlıq da edibdir...
-ADİU-da “Beynəlxalq iqtisadi məktəbi, “Rus iqtisadi məktəbi” yaradılıb, onların tərkibində iqtisadiyyat kafedrasının yaradılması elmə və təhsilə ağır zərbə deyilmi? Belə bir təbəqələşmənin yaradılmasını necə izah edə bilərsiniz? Bu ADİU-da “kəndli-şəhərli” ayrı-seçkiliyinin bənzərinin yaradılması deməkdirmi? Biz hələ “Sabah qrupu”nu demirik... Bəs yerdə qalanlar hansı qrupa aid edilməlidir, Əvəz müəllim???
-Sizin “Maliyyə və mühasibat” fakültənizin dekanı, dosent Gəray Musayevlə vergilər nazirinin sabiq qalmaqallı müavini, professor Natiq Qasımovla aralarında yaşanmış bəlli münaqişəni necə, səmimi təkzib edə bilərsinizmi? Hansı ki, fakültədə geniş müzakirə edilmişdir...
-Nəhayət, bir neçə kafedranı birləşdirib islahat adı altında sizin üçün yaradılmış “Maliyyə və maliyyə institutu” adlı kafedranın yaradılmasının məqsəd və məramını necə, səmimi izahlaya bilərsinizmi??? Niyə digər kafedralar belə islahatlara məruz qalmadı? Ümumiyyətlə, sizin siyasəniz və davranışınız rektor Ədalət Muradovun aparmaq istədiyi islahatlara nə dərəcədə mütənasibdir???
Hörmətli Təzadlar”!
Suallar çoxdur. Əgər bu sualları ünvanlı dərc etsəniz, növbəti maraqlı suallarımızı göndərəcəyik. Sizin attdığınız addımı gözləyirik...

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi