"ADY"QSC-yə məsləhət satacaq şirkət təkcə “Auxitec Tecnica Y Control SA” deyil-

"ADY"QSC-yə məsləhət satacaq şirkət təkcə “Auxitec Tecnica Y Control SA” deyil- Köçürüləcək vəsaitə daha hansı şirkət şərikdi?

Azərbaycan Dəmir Yolları” QSC-yə 10 milyon dollara məsləhət satan şirkətin adı“Auxitec Tecnica Y Control SA” deyil, "TPF Getinsa Euroestudios” şirkətidir.

Bu barədə Faktinfo.az -a işgüzar dairələrdən məlumat verilib. Verilən məlumatda bildirilir ki, tenderin  qalibi "TPF Getinsa Euroestudios” olsa da, tenderin əsas qalibi kimi  ölkə KİV-lərində  “Auxitec Tecnica Y Control SA” şirkətinin adı keçib. “Auxitec Tecnica Y Control SA” şirkəti Bakı-Böyük Kəsik dəmir yolu enerji təchizatı və işarəvermə sistemlərinə keçid,elektrik lokomotivlərinin alınmasına dair Texniki Nəzarət üzrə Məsləhət  Xidmətləri ilə bağlı keçirilmiş tenderin tək qalibi deyil.Tenderi sözü gedən şirkət "TPF Getinsa Euroestudios”şirkəti ilə birgə udub."TPF Getinsa Euroestudios”ya  gəlincə dünyaca məşhur bir şirkətdir,və işçilərinin sayı minlərlədir. "ADY"-yə də məsləhət satmaqla bərabər, qurumu bəzi texniki avadanlıqla da təmin edəcək.

https://tpf.eu/about-us/key-figures/ 

Eləcə də şirkət bir çox sahələr üzrə ixtisaslaşmış mütəxəsislərə sahibdir və beynəlxalq miqyasda müxtəlif sahələr üzrə ixtisaslaşıb.TPF  dünyanın ayrı-ayrı ölkələrində dəmiryolları layihələri icra edir. 

https://tpf.eu/sectors/railways/

Faktinfo.az-ın  TPF barəsində apardığı araşdırmasından  isə məlum oldu ki,şirkət 2017-ci ilin maliyyə hesabatına görə, 242 milyon avro dövriyyəsi, 4200 işçisi olan və dünyanın 58 ölkəsində fəaliyyət göstərən transmilli şirkətdir. İş portfeli kifayət qədər diversifikasiya olunub. Dəmiryollarının tikintisi və keyfiyyətinə nəzarət üzrə beynəlxalq təcrübəyə malikdir. 

https://tpf.eu/wp-content/uploads/2015/08/180716_TPF-Rapport-2017_UK_WEB.pdf

"Azərbaycan Dəmir Yolları” ilə əlaqə yaradıb bir neçə sualımıza aydınlıq gətirmək istəsək də,zənglərimizə cavab verilmədi."ADY"gəlincə bir neçə gündür məsələyə münasibət bildirilmir,tirajlanan təzadlı xəbərlərdən  xəbərsizlərmiş kimi davranılır.

Qeyd edək ki,cəmiyyətdən  “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumat əsasında,ölkə KİV-lərində  İspaniyanın “Auxitec Tecnica Y Control SA” birgə müəssisəsinin  "Azərbaycan Dəmir Yolları”QSC-yə  8,261 milyon avro (9,277 milyon ABŞ dolları) dəyərində məsləhət satacağına dair xəbərlər yayılıb.

Həsrət 

Faktinfo.az

 



















Birinci məlumatlanmaq üçün facebook səhifəmizi