Afrin əməliyyatı Ermənistan təşvişə düşüb- Türkiyə güclənərsə...
Türkiyənin uğurlu Afrin əməliyyatı Ermənistanı təşvişə salıb.
Faktinfo.az Publika.az-a istinadən xəbər verir ki,ermənilər Türkiyənin güclənməsindən və gələcəkdə Dağlıq Qarabağın azad olunmasına töhfə verməsindən qorxurlar.
Erməni siyasi şərhçi K.Ambartsum Amerikanı Türkiyənin qarşısını almamaqda ittiham edib.
“Türkiyə Afrində quru əməliyyatına başladı. Hazırda türk ordusu uğurlu hücumlarını davam etdirir. Türkiyə baş naziri Binəli Yıldırımın dediyi kimi, bölgədə təhlükəsizlik zonasını yaratmaq üçün əməliyyat 4 mərhələdə həyata keçiriləcək. Rusiya bu əməliyyatı dəstəkləyir, Amerika isə Türkiyənin qarşısında geri çəkilir. Ankara Vaşinqtonu güclü şillə ilə qarşıladı. Bu, faktiki olaraq, Türkiyənin güclənməsi və gələcəkdə istədiyi addımı atmasına imkan yaradır. Baş verənlər Ermənistan üçün də ciddi təhlükə deməkdir. Görünür, sabah Ankara və Bakı Qarabağda hərbi əməliyyata başlasa, Türkiyənin gücü qarşısında heç kim səsini çıxara bilməyəcək və heç kim Ermənistanı müdafiə etməyəcək”, - deyə o bildirib.
Bu xəbər üçün şərh yazın