“Ağ ev Camal Qaşıqçının qətlini ört-basdır etməyə çalışır” –

“Ağ ev Camal Qaşıqçının qətlini ört-basdır etməyə çalışır” – “Vaşinqton Post”

“Rəsmi Ər-Riyad və ABŞ Prezidenti Donald Tramp Administrasiyası Camal Qaşıqçı cinayəti ilə bağlı şərh verməkdən imtina edir, qalmaqalı ört-basdır etməyə çalışır”.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzetinin redaksiya məqaləsində bildirilib.

Yazıda qeyd olunub ki, Səudiyyə Ərəbistanı krallığının İstanbuldakı Baş Konsulluğnundakı qətl mövzusu ikinici plana keçirilir: “Krallıq da buna çalışır”.

“Vaşinqton Post”un redaksiya məqaləsində bildirilib ki, Türkiyə hökuməti jurnalistin öldürülməsi ilə bağlı apardığı araşdırmalar nəticəsində əldə edilən bütün dəlil-sübutları, istintaq materiallarını ABŞ-a verib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Muceb 3 gündür Türkiyədə səfərdədir. Oktyabrın 30-da o, Türkiyə Milli Kəşfiyyat Təşkilatının İstanbuldakı şöbəsində olub.

Xatırladaq ki, səudiyyəli müxalif jurnalist, “Vaşinqton Post” qəzetini əməkdaşı Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsuliuğunda öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq C.Qaşıqçının paltarını geyinmiş və gözlüyünü taxmış bir nəfərin Baş Konsulluqdan çıxarılması səhnəsini quraşdırmaqla Səudiyyə Ərəbistanı jurnalistin diplomatik missiyadan çıxdığını beynəlxalq ictimaiyyətə sırımaq istəyib. Bununla da Camal Qaşıqçının itkin düşməsi məsələsində Türkiyəni ittiham etməyi planlaşdırıbmış. Lakin oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin Baş Konsulluqda öldürüldüyünü etiraf edib. Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mücib yerli “Ekberiye” telekanalına müsahibəsində jurnalistin öldürülməsinin əvvəlcədən planlaşdırıldığını deyib.

Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman C.Qaşıqçının ailəsinə başsağlığı verib. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman isə Ər-Riyadda keçirilən “Future İnvestment İnitiative” beynəlxalq iqtisadi forumunda çıxışı zamanı bildirib ki, jurnalist Camal Qaşıqçının ölkəsinin İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilməsi təəssüf doğurur.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel C.Qaşıqçının qətli ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 23-də Türkiyəyə səfər edib. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər