Ağcabədinin İcra başçısı öz yerinə dostunu hazırlayır?- Vidadi Hüseynov İcra başçısı olacaq?
Ağcabədi 33 saylı Yol İstismar İdarəsinin rəisi Vidadi Hüseynov vaxtaşırı medianın gündəminə gəlir.
Onun gündəmə gəlməsi idarənin fəaliyyəti ilə deyil,şəxsi biznesi və oğlunun dəbdəbəli həyat tərzi ilə bağlıdır.
Yol idarəsi rəisi dostu olan icra başçısı ilə Ağcabədinin yollarına ayrılan pulları elə mənimsəyirlər ki,Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyi rəhbərliyinin bundan heç xəbəri də olmur.
Bunun nəticəsidir ki, Vidadi Hüseynov Ağcabədidə idarə müdiri yox, daha çox biznesmen kimi tanınır. Ondan qum, çınqıl, asfalt istəyən pulunu verib alır.
Onu Ağcabədinin yollarının vəziyyəti maraqlandırmır. Hazırda rayon yolları, ara məhəllələr, kəndlərə gedən yollar fəlakətli durumdadır.
Dövlət başçısı Ağcabədinin abadlaşması üçün vaxtaşırı kifayət qədər vəsait ayırır. Amma V.Hüseynovla İcra başçısı Ş.Məmmədov həmin maliyyə vəsaitinin xeyli hissəsini mənimsəyirlər.
Sakinlər deyirlər ki, Ağcabədidən Bakıya getmək üçün bir neçə istiqamət var: 1-cisi, Ağcabədi-Hindarx-Ağdam-Bərdə-Bakı, 2-ci istiqamət: Ağcabədi-Laçın (taxta körpü)-Zərdab-Mollakənd-Kürdəmir-Bakı, 3-cü yol-Ağcabədi-Beyləqan-Bəhrəmtəpə-Sabirabad-Bakı yolu.
Nəhayət, 4-cü yol-Ağcabədi-Kanalboyu adlanan yol-Bərdə-Yevlax istiqaməti. Biz artıq o vəziyyətdəyik ki, bilmirik bu 4 istiqamətin hansından istifadə edək.
İdarə müdirinin gəlir sahələrindən biri də Ağcabədidə yerləşən karyerlərdir.Yeri gəlmişkən onu da xatırladaq ki,bir müddət əvvəl həmin karyerdəki quyulardan birinə iki azyaşlı uşaq düşüb. Amma uşaqların ölüm faktını Vidadi Hüseynov ört-basdır etməyə nail olub.
Düzdür, məsələdən xəbər tutan əhali etiraz edərək, idarə müdirindən ya karyeri bağlamağını, ya da təhlükəsizlik qaydalarını gücləndirməyi tələb ediblər. Ancaq indiyə qədər bu haqlı tələbə məhəl qoyan yoxdu.
Vidadi Hüseynovun ən böyük karyeri Qarqarçayın üzərində yerləşən Yuxarı Qiyaməddinli-Muğanlı yolu hissəsində yerləşir.
Dövlət qeydiyyatı olmayan həmin karyerdən idarə müdiri 24 saat dayanmadan qum və çınqıl çıxartdıraraq, satdırmaqla məşğuldur. Nəticədə, qazıntılar zamanı əmələ gələn böyük çalalara Qarqarçayın suyu dolur və ərazidə çoxlu sayda dərin gölməçələr əmələ gəlib.
Vidadi Hüseynov bu yaxınlarda özünə «Lexus», oğlu Fərid Hüseynova isə «Range Rover» markalı maşın alıb. Ümumi dəyəri 130 min manata yaxın olan bu avtomobilləri Yol İdarəsinin müdirinin necə aldığı isə sual doğurmaya bilməz.
Hərçənd əmək haqqısı 475 manat olan bir məmurun avtomobillərinə 130 min manat xərcləməsi kifayət qədər şübhəlidir. Ardından onun 150-200 min manat xərcləyərək, üç ev alması da gizli deyil.
Əldəki pulların çoxluğu onları Bakıya qədər gəlməyə vadar edib.Çünki Hüseynovlar həmin pulla paytaxtda daha 2-3 mənzil almaq fikrindədir. İndiyə qədər isə idarə müdirinin Bakıda 3 evinin olduğu deyilir.
Vidadi Hüseynov tenderlərdə də aktiv iştirak edən tərəf kimi çıxış edir. Bu məqsədlə o, oğlunun adına firma da yaradıb: “Fərid Ağcabədi” MMC.
Həmin şirkət isə Ağcabədi və diğər rayonlarda çəkilən bütün yollar üzrə tenderin «qalibi» elan edilir. Son 3-4 ildə isə bu şirkətin İcra başçısıyla birlikdə milyonlarla manat vəsaiti sildiyi də üzə çıxıb.
Bəzi saytların iddiasına görə, 33 saylı Yol İstismar İdarəsinin müdiri Vidadi Hüseynov 3 ay əvvəl Ağdam istiqamətində yanacaq doldurma məntəqəsi də açıb.
Bundan başqa, o, özünün asfalt zavodunu da yeniləyib.Eyni zamanda o, hər ay qrabel, çınqıl və qum satışından kifayət qədər pul qazanır. \\bizimhedef.info\\
Bu xəbər üçün şərh yazın